Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Lerik rayonunda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə, ərazi icra nümayəndəliklərində müxtəlif tədbirlər, ümumtəhsil məktəblərində inşa yazı müsabiqələri, idman yarışları, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, təşkilat və müəssisə rəhbərləri, müharibə veteranları və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov açdı. Öncə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə və Qarabağ Müharibəsində şəhid olan soydaşlarımızın xatirəsi sükutla yad edildi.
Tədbir iştirakçıları ilk öncə Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri düzdülər.
Tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov açdı. Bildirdi ki, 94 il əvvəl – 1918-ci il martın 31-dən aprelin 2-dək Bakı şəhərində hakimiyyətdə olan daşnak-bolşevik qüvvələri tərəfindən azərbaycanlılara qarşı soyqırım törədilmişdir.