Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Xanəgah kəndində səyyar qəbul keçirilib

05 aprel 2024 | 17:17

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Xanəgah kəndində Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Biləvər, Bülüdül, Geskon, Gəndov, Xanəgah, Kekonu, Osyodərə, və Şivlə kəndlərinin sakinləri ilə keçirib.

Səyyar qəbulda RİH başçısı aparatının, rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qəbulda çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov  bildirib ki, səyyar görüşlərin keçirilməsində əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib.  Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər