Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Küsəkəran kəndində növbəti səyyar qəbulunu keçirib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 17 aprel 2024-cü il tarixində növbəti səyyar qəbulunu Küsəkəran kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, Veri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Veri, Küsəkəran, Axunahiran, Babakücə, Qələbin və Veri Əliabadı kəndlərinin sakinləri iştirak edib.
Qəbulda çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, qaldırılan problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.