Lerik Rayon İcra Hakimiyyəti başçısının 09 aprel 2024-cü il tarixli vətəndaş qəbulu
09 aprel 2024 | 16:11
09 aprel 2024-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilib.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 17 vətəndaş, o cümlədən şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilib.
Qəbulda rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.