Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

" Sizi kim unudar..." kitabının təqdimatı keçirilib

19 aprel 2024 | 17:38

19 aprel 2024-cü il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində respublikanın Əməkdar jurnalisti İlqar Rüstəmovun şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi "Sizi kim unudar..." kitabının təqdimat mərasimi keçirilib. 

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təqdimatı giriş sözü ilə açan Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hüsaməddin Abbasov müəllif və kitab haqqında qısa məlumat verib.

Təqdimat mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək Zəfər tariximizi yazan igid əsgər və zabitlərimizin döyüş yoluna həsr olunmuş bu kitabın gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində önəmli rol oynayacağını bildirib.

Mərasimdə ziyalılardan Məzahir Ağayev, Arzuman Muradlı, Ehtiram Miriyev, Balaşirin Nəsirov, Gültəkin  Şıxəliyeva, tanınmış şairlər Ağacəfər Həsənli,  Xanlar Həmid, şəhid valideynləri Rəbbil Heydərov, Hüseynverdi Rəhmətov, Mükafat Yaqubov, ehtiyatda olan polkovniklər Əbülfət Həmidov, Ramin Əliyev və Aslan Hüseynov çıxışlarında "Sizi kim unudar..." kitabının məziyyətləri barədə, hərbi vətənpərvərlik sahəsində rolu haqqında danışıblar.

Sonda kitabın müəllifi, Əməkdar jurnalist İlqar Rüstəmov tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edərək kitablarını şəhid ailələrinə və oxuculara təqdim edib.

Keçidlər