Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

İqtisadiyyat

Rayonumuz əsasən dağlıq relyefdə yerləşdiyindən əhalinin əsas məşğuliyyəti və gəlir əldə etdiyi sahə kənd təsərrüfatıdır. 2019-cu ilin məhsulu üçün rayon üzrə əkilmiş 2976.5  hektar sahədən  6647,7 ton  taxıl, keçən ilin müvafiq dövrünə nisbətən 405,8 ton çox, 1422 hektar sahədən 17583,9 ton kartof, 980 ton çox, 314 hektar sahədən 4033 ton tərəvəz, 413 ton az, 462,1 hektar sahədən 1232,4 ton meyvə, 183 ton çox məhsul əldə edilmişdir. Buğda istehsalında hər  hektardan məhsuldarlıq 22,3 sentner olmuşdur.
2020-ci ildə yanvar ayının 01-nə  iribuynuzlu mal-qaranın baş sayı 38011 baş, keçən ilin müvafiq dövrünə nisbətən 198 baş çox, qoyun və keçilərin sayı 115424  baş, 9733 baş çox olmuşdur. Təsərrüfatlarda diri çəkidə 5491 ton ət, keçən ilin müvafiq dövrünə nisbətən 35.2 ton çox, 23515  ton süd, 7541  ton çox, 7425 min ədəd yumurta, 79 min ədəd çox, 220,9  ton yun, keçən ilə nisbətən 4,4 ton çox  istehsal olunmuşdur.
2020-ci il yanvarın 01-nə  bütün maliyyə mənbələri hesabına tikinti komplekslərində 42640 min manat məbləğində və yaxud 2018-ci  ilin müvafiq dövründən 1084,1 min manat  az təmir-tikinti işləri həyata keçirilmişdir.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən hesabat ilində 382  min ton və yaxud keçən ilə nisbətən 4  min ton çox yük, 1708 min nəfər və ya 1,3 faiz çox sərnişin daşınmışdır. Nəticədə yük və sərnişin daşınmasından 2977,8 min manat, 2018-ci ilə nisbətən 258,3 min manat və ya 9,5 faiz çox gəlir əldə edilmişdir.
Gəlirlərin artması ilə yanaşı əhalinin ticarət şəbəkələrindən aldıqları istehlak malları və onlara göstərilən xidmətlərin çeşidi və həcmi də artmışdır. 2019-cu ildə əhaliyə 115504,9 min manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çoxdur. Pərakəndə əmtəə dövriyyəsi 1,3 faiz və ya 4276,8 min manat, pullu xidmətlərin həcmi isə 2,0 faiz və ya 770,9 min manat çoxalmışdır. Muzdla işləyənlərin orta aylıq əmək haqqı artaraq 363,1 manat olmuşdur.
2019-cu il ərzində sahibkarlıq subyektlərində, digər sahələrdə 1131 nəfər rayon sakini işlə təmin edilmişdir ki, bunlardan da 357-si daimi iş yerləridir. Ümumilikdə isə 2003-2019-cu illər ərzində rayonumuzda 15081 yeni iş yeri açılmışdır ki, bunun da 40 faizdən çoxu daimi iş yerləridir.

Keçidlər