Rayon haqqında
İdman
Rayonda fəaliyyət göstərən “Gənclik” stadionu rayon gənclərinin ixtiyarındadır. Əsasən rayondakı ümumtəhsil müəssisələrində idman qurğuları quraşdırılmış, idmançıların fiziki sağlamlığının təmin olunması üçün şərait yaradılmışdır. Rayondakı idman qurğularının sayı 140, təhsil ocaqlarında idman zallarının sayı 37, sadə idman qurğularının sayı 99, şahmat klubu 1, aerobika-trenajor zallarının sayı isə 2-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların sayı isə 3419 nəfərdir.