Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Əhalisi

Rayon əhalisinin sayı 86074 (01 yanvar 2024) nəfərdir. Əhalinin 42863 nəfəri və ya 49,79 faizi kişi, 22338 nəfəri və ya 25,95  faizi gənclərdir. 2019-cu il əhalinin siyahıyaalınması üzrə məlumatlara əsasən əhalinin 76,57 faizini azərbaycanlılar, 23,32 faizini talışlar, qalanını isə digər millətlərin nümayəndələri təşkil edir.
Əhalinin 10,09 %-i şəhərdə, 89,91 %-i kəndlərdə yaşayır. Rayon üzrə əhalinin orta sıxlığı 1 kvadratmetrdə 80 nəfər, şəhərdə isə 1 kvadratmetrdə 79 nəfərdir.
Əhalinin ümumi sayından 21947 (25,50 faizi) 0-14 yaşda olan uşaq və yeniyetmələr, 58576 (68,05 faizi) əmək qabiliyyətli yaşda, 5551 (6.45 faizi) isə əmək qabiliyyətli yaşdan yuxarı olanlardır.

Demoqrafik göstəricilər 2022 2023 Artım
Əhalisi sayı cəmi 85201 86074 +873
şəhər 8615 8685 +70
kənd 76586 77389 +803
Doğulanların sayı 1233 1210 -23
Ölənlərin sayı cəmi 368 403 +35
  1 yaşadək 8 20 +12
Nikahların sayı 609 510 -99
Boşanmaların sayı 52 72 +20
rayona daimi yaşamaq üçün gələnlər 64 93 +29
rayondan daimi yaşamaq üçün gedənlər 22 27 +5
əhalinin miqrasiya artımı 42 66 +24
 

Lerik rayonu üzrə iqtisadi fəal əhalinin sayı 43938 nəfərdir ki, bu da əmək qabiliyyətli əhalinin 79.4 %-i deməkdir. Məşğul əhalinin sayı 41327 nəfərdir. Bunun 23.2 min nəfəri (56,2%) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 0,1 min nəfəri (0,2%) mədənçıxarma sənayesində, 0,8 min nəfəri (1,9%) emal sənayesində, 0,1 min nəfəri (0,2%) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və emalı sahəsində, 0,1 min nəfəri (0,2%) su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 2,4 min  nəfəri (5,8%) tikintidə, 4,4 min nəfəri (10,7%) ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 0,7 min nəfəri (1,7%) nəqliyyat və anbar təsərrüfatında, 1,0 min (2,4%) nəfəri turistlərin yerləşdirilməsi və ictimai iaşədə, 0,2 min nəfəri (0,5%) informasiya və rabitədə, 0,1 min nəfəri (0,2%) maliyyə və sığorta fəaliyyəti sahəsində, 0,1 min nəfəri (0,2%) daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində, 0,1 min nəfər (0,2%) peşə, elm və texniki fəaliyyət sahəsində, 0,4 min nəfər (1,0%) inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, 2,0 min nəfəri (4,8%) dövlət idarəetmə və müdafiə, sosial təminat sahəsində, 3,4 min nəfər (8,2%) təhsil sahəsində, 0,8 min nəfər (1.9%) əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, 0,7 min nəfər (1,7%) istirahət, əyləncə və incəsənət sahəsində (fəaliyyət), 0,7 min nəfər (1,7%) digər sahələrdə xidmətlərin göstərilməsində çalışır.

Dağlıq Qarabağ savaşında Lerik rayonu 130-dan çox şəhid verib. Onların 5-i şücaətlərinə görə Milli Qəhrəman adına layiq görülüblər. Azərbaycanın ilk Milli Qəhrəmanları sırasında da leriklilərin adı var. Rayonda hazırda 80 nəfər Qarabağ əlili var.

Lerik həmişə uzunömürlülər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 168 il (1805-1973) ömür sürmüşdür. Onun digər həmyerlisi Məcid Aĝayev 138 il (1835-1973) və Mahmud Eyvazov isə 150 il (1808-1958) yaşamışdır. Hazırda bu rayonda yaşı 100-ü keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır. Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, "buranın yerli əhalisi çox qədim xalqdır".

Keçidlər