Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli şəxsləri

Ucqar dağ rayonu olan Lerik Azərbaycana bir çox görkəmli şəxslər bəxş edib. Bu gün respublikanın ayrı-ayrı ali məktəblərində, MDB ölkələrinin ali məktəblərində tanınmış elm adamları, hüquq mühafizə orqanları işçiləri fəaliyyət göstərir.

  • Amid Heydərov - Vətən Müharibəsi Qəhrəmanı.
  • Valeh Müslümov - Azərbaycanın Milli Qəhrəmanı.
  • Fəxrəddin Şahbazov - Azərbaycanın Milli Qəhrəmanı.
  • Rövşən Abdullayev - Azərbaycanın Milli Qəhrəmanı.
  • Fərhad Ağayev - Azərbaycanın Milli Qəhrəmanı.
  • Böyükağa Mirsalayev - Zaqafqaziya K(b)P MK-nın ikinci katibi.
  • Mirzə Məmmədov - Azərbaycan SSR xalq maarifi naziri.
  • Xanoğlan Bayramov - neftçi, Sosialist Əməyi Qəhrəmanı.
  • Məmmədhüseyn Əliyev - yazıçı-dramaturq.
  • Şamil İskəndərov - el ağsaqqalı.
  • Ataxan Şiriyev - el ağsaqqalı.
  • Rəşid Nurullayev - filosof, professor.
  • Mirzə Rüstəmov - filologiya elmləri doktoru, professor.
  • Əyyub İsgəndərov - kənd təsərrüfatı elmləri doktoru, professor.
  • Xeyrulla Məmmədov - filologiya elmləri doktoru, professor.
  • Soltanağa Ağayev - iqtisad elmləri doktoru, professor.
  • Balağa Bağırov - Azərbaycan Respublikasının Əməkdar həkimi.
  • Firdovsi Əliyev - I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, sabiq nazir müavini, Samux Rayon İcra Hakimiyyətinin başçısı.
  • Miri Qənbərov - II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
  • İqbal Məmmədov - IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisadiyyat üzrə fəlsəfə doktoru.
  • Əminağa Sadıqov - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, texnika elmləri doktoru, Professor.
  • Bəhlul Abdulla - filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi.
  • Elman Quliyev - filologiya elmləri doktoru, professor.
  • Novruz Novruzov - yazıçı-publisist, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı.
  • Mirağa Cəfərquliyev - hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası Baş prokurorunun sabiq birinci müavini, ədliyyə general-mayoru.
  • Əlihüseyn Hidayətov - tibb elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar həkimi, Azərbaycan Respublikasının Əməkdar elm xadimi.
  • Asəf İsgəndərov - fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi.
  • Əbülfət Pələngov - fizika-riyaziyyat elmləri doktoru, professor.
  • Üzeyir Şəfiyev - sosiologiya üzrə fəlsəfə doktoru.
  • Əlisa Nicat - yazıçı-dramaturq.
  • Ağacəfər Həsənli – şair.
  • Etibar Həşimov - Azərbaycan Respublikasının Əməkdar həkimi.
  • Kamilə Əliyeva - Azərbaycan Respublikasının Əməkdar həkimi.
  • Yaşar Kəlbiyev - iqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri.
  • Şahrza Əliyev  - iqtisadiyyat üzrə fəlsəfə doktoru.
  • İslam Qəribli - filologiya elmləri doktoru.
  • Baba Rzayev - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi.
  • Musa Bədəlov - biologiya elmləri namizədi, Prezident təqaüdçüsü.
  • Daşdəmir Paşayev - müharibə veteranı, polis polkovnik-leytenantı.
  • Məhəbbət İbadov - el ağsaqqalı.
  • Fazil Ağayev - tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi.
  • Qurbanxan Müslümov - tibb elmləri doktoru, professor.
  • Əfsun Sucayev - Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor.
  • Arzuman Muradlı - iqtisadiyyat üzrə fəlsəfə doktoru, politoloq.

 

Keçidlər