Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Poçt və Rabitə

Poçt

 Lerik rayon Poçt Filialı -  bir Müştəri Xidmətləri Şöbəsi, 29 kənd poçt şöbəsi ilə Lerik rayonu üzrə vətəndaşlara poçt və Bank Maliyyə xidməti göstərir.
      2014-cü ildə  Lerik Poçt Filialı tərəfindən göstərdiyi xidmətlərə görə 81.9 min manat proqnoza  qarşı 90.4 min manat gəliri olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7.2 min manat  və ya 8.6 faiz artıq gəlir əldə edilmişdir.
      Mərkəzi Bank tərəfindən verilmiş müvafiq icazənamələrə (lisenziya) əsasən filialın bir mərkəzi və 13 kənd poçt şöbəsində “COLİVİR” və “KÖMİS” sistemləri vasitəsi ilə vətəndaşlara maliyyə xidmətləri, valyuta alqı-satqısı, müştərilərdən nağd vəsaitlərin qəbulu, fiziki və hüquqi şəxslər üçün hesabların açılması və bu hesablar üzrə köçürmə əməliyyatlarının aparılması, “WESTERN UNİON”, “CONTACT” sistemləri üzrə sürətli pul köçürmələrinin qəbulu, ödənişi, “Atəşgah” ASC-nin sığorta haqları, DYP cərimə haqları, su, elektrik, qaz, telefon abunə və şəhərlərarası danışıq pullarının qəbulu və ümumiyyətlə 30 yaxın xidmət növü üzrə poçt-maliyyə xidməti göstərilir.
   

Rabitə    

Lerik rayon Telekommunikasiya Qovşağı - 1 Mərkəzi Qovşaq, 26 kənd, 5 mini EATS-i və 21 kənddə 4 nömrəlik peyk telefonları ilə Lerik rayonu üzrə xidmət göstərir.
      2014-cü ildə Lerik TKQ tərəfindən müəssisə, təşkilatlara və əhaliyə faktiki qiymətlərlə 200 min manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çox xidmət göstərilmişdir.
      2014-cü ildə rayonda əsas telefon aparatlarının sayı 130  ədəd artaraq 5921 ədəd təşkil etmişdir.
      Bu gün hər yüz ailədən 42-si telefon rabitəsi ilə təmin olunmuşdur.
    TKQ-nın bütün EATS-i üzrə abunəçilərə “TAC” şəhərlər arası danışıq, “ALO” beynəlxalq danışıq  kart xidmətləri göstərilir. TKQ-nin bütün EATS-i üzrə abunəçilərə ADSL genişzolaqlı internet xidməti də göstərilir. Lerik TKQ üzrə 1434 nəfər internet istifadəçisi vardır. 

Keçidlər