Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Fərman və Sərəncamlar

Lerik rayonu haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:

-15 oktyabr 2018-ci il tarixli Sərəncamla Lerik rayonunun Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat  ayrılmışdır.

-15 oktyabr 2018-ci il tarixli Sərəncamla Lerik şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lerik Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır.

-15 oktyabr 2018-ci il tarixli Sərəncamla Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 9,2 milyon (doqquz milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə  ayrılmışdır.

-28 avqust 2018-ci il tarixli Sərəncamla Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır.

-18 avqust 2018-ci il tarixli Sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,3 milyon (on bir milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır.

-06 aprel 2018-ci il tarixli Sərəncamla Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğdən 1,0 (bir) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır.

-01 noyabr 2016-cı il tarixli Sərəncamla rayonun otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon (altı milyon altı yüz min) manat ayrılmışdır.

-19 avqust 2014-cü il tarixli Sərəncamla rayonun otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən 7,0 (yeddi) milyon manatı ayrılmışdır.

-14 sentybr 2013-cü il tarixli Sərəncamla rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə nail olmaq üçün otuz min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda - Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.

-03 aprel 2012-ci il tarixli Sərəncamla rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə nail olmaq üçün İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 73 yaşayış məntəqəsini birləşdirən Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır.

-20 iyun 2008-ci il tarixli  Sərəncamla  “Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbəsinə şəhər statusu verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilmişdir.

-02 aprel 2007-ci il tarixli  Sərəncamla  Rövşən Elmidar oğlu Bağırov Lerik rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdir.

-14 sentyabr 2005-ci il tarixli Sərəncamla “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair  əlavə tədbirlər haqqında” Tədbirlər planı təsdiq edilmişdir.

 

Keçidlər