İcra hakimiyyətinin başçısı
Əkbər Bəxtiyar oğlu Abbasov
01.02.1988-ci ildə anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini “Ümumi iqtisadiyyat” ixtisası üzrə bitirib. Avropa London Biznes Məktəbində “Maliyyə menecmenti” ixtisası üzrə magistr və Azərbaycan Milli Elmlər Akademiyasında “Texnoloji İnnovasiyalar İqtisadiyyatı” ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
-2010-2011-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
-07.02.2012-ci il tarixdən 06.03.2014-cü il tarixədək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsində Aparıcı məsləhətçi vəzifəsində çalışıb.
-06.03.2014-cü il tarixdən 30.08.2019-cu il tarixinədək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda Layihələrlə iş sektorunun müdiri və İcraçı direktorun müavini vəzifələrində çalışıb.
-04.09.2019-cu il tarixindən 25.07.2022-ci il tarixinədək Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzində direktor müavini, direktor vəzifəsini icra edən və direktor vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2022-ci il tarixli müvafiq Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Ailəlidir, 2 övladı var.