Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rəhmətov Əbülfəz Hüseynverdi oğlu

 

Doğum tarixi: 03.07.1989
      Şəhid olub: 16.10.2020
      Rütbə: Kapitan

Təltifləri
      "Vətən uğrunda" medalı

 

 

 

 

 

 

 

Əbülfəz Hüseynverdi oğlu Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Anbu kəndində anadan olub.

Hərbi xidmət müddətində Əbülfəz Rəhmətov Dördgünlük müharibədə iştirak etmişdir. Həmçinin, 2020-ci ilin Tovuz döyüşlərində general-mayor Polad Həşimov ilə bir sırada döyüşüb.

Azərbaycan Ordusunun kapitanı olan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. 7 may 2021-ci ildə Lerik rayonunda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əbülfəz Rəhmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Keçidlər