Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Mövlanov Vüqar Tumarxan oğlu

 

 

Doğum tarixi: 11.12.1994
      Şəhid olub: 07.11.2020
      Rütbə: Əsgər

Təltifləri
      «Vətən uğrunda» medalı
      «İgidliyə görə» medalı
      «Füzulinin azad olunmasına görə» medalı
      «Şuşanın azad olunmasına görə» medalı

 

 

 

 

Vüqar Tumarxan oğlu Mövlanov 10 dekabr 1994-cü ildə Lerik rayonunun Günəşli kəndində anadan olub. 3 qardaş 1 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2000-ci ildə Lerik rayon Günəşli kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2011-ci ildə həmin məktəbinn 11-ci sinfini başa vurub.

2013-cü ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Vüqar Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Xidmətini nöqsansız başa vurduqdan sonra evinə qayıdıb.

2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində iştirak etmək istəyən Vüqar həmin ayın 27-də könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və müharibəyə yollanır. Füzuli, Hadrut və Şuşa uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Vüqar 7 noyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonunun Günəşli kəndinə gətirilir və böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Mövlanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər