Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Əsədullayev Elnur İmran oğlu

 

 

Doğum tarixi: 13.06.1998,
      Şəhid olub: 14.10.20
      Rütbə: Kiçik gizir

Təltifləri
      «Vətən uğrunda» medalı
      «Füzulinin azad olunmasına görə» medalı
      «İgidliyə görə» medalı
      

 

 

 

 

 

Elnur Əsədullayev İmran oğlu 1998-ci il iyunun 13-də Lerik rayonununda anadan olub. Onun uşaq yaşlarından idmana həvəsi olmub 7-8-ci siniflərdə sərbəst güləşdə yeniyetmələr üzrə turnirlərdə iştirak edib medal və təltiflərə layiq görülüb. Onun əmisi oğlu və bibisi oğlu Lerik rayonu-nun ilk şəhidlərindən olub, hərbiçi ailəsində böyüyüb və vətənpərvər ruhla yetişib. 2005-2016-cı illərdə Valeh Müslümov adına Lerik şəhəri 2 sayılı tam orta məktəbində təhsil alib.

2016-cı ilin iyul ayında Qazax rayonu N sayılı hərbi hissədə xidmətə başlayıb. 2018-ci il yanvar ayında təxris olub. Nəticədə o həqiqi hərbi xidmətini başa vurduqdan sonra öz istəyi ilə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi Beyləqan rayonu N sayılı hərbi hissədəön xəttdə xidmət edib. Xidmət zamanı göstərdiyi şücaətlə hər kəsin diqqətini cəlb edib və qısa müddət sonra kiçik gizir rütbəsinə layiq görülüb.

Azərbaycan Ordusunun əsgəri olan Elnur Əsədullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin xeyli sayda hərbi və canlı qüvvəsini məhv edib. Vətən müharibəsinin ilk günlərindən göstərdiyi igidliklərə görə ona "Tank komandiri" vəzifəsi verilib. Elnur Əsədullayev bu vəzifənin üstəsindən layiqincə gəlib. O evə son dəfə 13 oktyabr tarixində zəng edib və ondan nigaran qalmamalarını deyib. 14 oktyabr baş verən qızğın döyüşlərdə düşmənin qüvvələri məhv edilərkən Tank komandiri kiçik gizir Elnur Əsədullayev qəhrəmancasına şəhid olub. O 30 oktyabr 2020-ci il tarixində doğulub boya-başa çatdığı Lerik rayonunda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Əsədullayev ölümündən sonra  "Vətən uğrunda","Füzulinin azad olunmasına görə»","İgidliyə görə" və "Vətənə xidmətə görə" medalları ilə təltif edilib.

Keçidlər