Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Talıbov Təbriz Məhərrəməli oğlu

 

 

Doğum tarixi: 11.06.1994
      Şəhid olub: 22.11.2020
      Rütbə: Kiçik gizir

Təltifləri
      3-cü dərəcəli  «Vətənə xidmətə görə» ordeni
      «Vətən uğrunda» medalı
      «Zəngilanın azad olunmasına görə» medalı


 

 

 

 

Kiçik gizir Talıbov Təbriz Məhərrəməli oğlu 11 iyun 1994-cü ildə Lerik rayonunun Ləkər kəndində anadan olub. 2000-2011-ci illərdə Siyov kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanan Təbriz əsgərlik dövründə özünün intizamı və hərb sənətinə marağı ilə seçilirdi. 2014-cü ildə təxris olunsa da bir neçə aydan sonra Dövlət Sərhəd Xidməti sıralarında xidmətə qəbul olunmaq üçün müraciət edib. Çox keçməyib ki, onun müraciətinə müsbət cavab verilib və Təbriz 2015-ci ilin sentyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına qəbul olunub

O, Çevik Hərəkət Briqadasında sürücü-mexanik kimi xidmətə başlayıb. Xidməti dövründə çalışqanlığı və yardımsevərliyi ilə hərbi kollektivin hörmətini qazanıb.

Vətən müharibəsinin ilk günlərindən Təbriz Çevik Hərəkət Bölüyünün tərkibində ön cəbhəyə yollanıb. Onun döyüş yolu Cəbrayıl və Zəngilan rayonlarından keçib.Təbriz döyüşlərin ən qızğın vaxtlarında ona verilmiş tapşırıqların öhdəsindən laiqincə gəlib, ona təhkim olunmuş döyüş texnikasını daima döyüşə saz vəziyyətdə saxlayıb, döyüş əməliyyatlarında ondan bacarıqla istifadə edib. Bir sıra düşmən hədəflərini məhv edən Təbriz döyüş yoldaşları ilə birlikdə 2020-ci il oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırd yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə düşmən puqusuna düşüb. İki saat ərzində düşmənlə mətanətlə vuruşaraq yoldaşlarının pusqudan çıxmasına şərait yaradan Təbriz qəhrəmancasına şəhid olub.

Ailəli idi. İki övladı yadigar qalıb.

Kiçik gizir Talıbov Təbriz Məhərrəməli oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

2020-ci il oktyabrın 29-da Lerik rayonu Ləkər kəndində dəfn edilib.

Keçidlər