Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Dadıyev Elnur Cəlal oğlu

 

Doğum tarixi: 06.03.1998
      Şəhid olub: 28.10.20
      Rütbə: əsgər

Təltifləri
      «Vətən uğrunda» medalı

 

 

 

Dadıyev Elnur Cəlal oğlu 6 mart, 1998 ci ildə Lerik rayonunun Buruq kəndində anadan olub. 2005-2011 ci illərdə 94 nömrəli , 2011 -2013 cü illərdə isə Sabunçu rayonu, Balaxanı qəsəbəsinin 69saylı məktəbdə oxuyub. Məktəbi bitirən kimi 14 saylı Bakı Peşə Liseyinə daxil olub, 2016 cı ildə oranı bitirib.

2016-cı il avqustun 14-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə qranatamyod atıcısı vəzifəsini daşıyıb. 2018 ci ildə hərbi xidmətini başa vurub və ixtisası üzrə işləməyə davam edib. Elnur mükəmməl dərzi olub. Onun böyük arzuları var idi. Qardaşı ilə Türkiyəyə gedəcəyini və orda moda dünyasına qatılıb, öz işini quracağını xəyal edirdi. Lakin arzuları Vətəninə olan sevgisinə üstün gələ bilmədi.

Vətən müharibəsi başlayan kimi könüllü olaraq orduya yazılıb və müharibənin ilk günlərindən döyüşlərə qatılıb. O, Füzulinin azadlığı uğrunda böyük qəhrəmanlıqlar göstərib və həmin istiqamətdə gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Dadıyev Elnur ölümündən sonra " Vətən Uğrunda" medalı ilə təltif edilib.

Keçidlər