Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Cavadov Cəlil Ağaddin oğlu

    Doğum tarixi: 29.03.1989
    Şəhid olub: 27.10.2020
    Rütbə: Kapitan

    Təltifləri
    «Vətən uğrunda» medalı
    «İgidliyə görə» medalı
    «Füzulinin azad olunmasına görə» medalı
    «Xocavəndin azad olunmasına görə» medalı

   Azərbaycan Ordusunun kapitanı olan Cəlil Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəlil Cavadov oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı rayonun Cütcü kəndi istiqamətində şəhid olub. Lerik rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cavadov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Cavadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

    

 

Keçidlər