Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Cabbarov Vidadi Cəbrayıl oğlu

 

 

Doğum tarixi: 03.04.1989
      Şəhid olub: 21.10.2020
      Rütbə: Gizir

Təltifləri
      «Vətən uğrunda» medalı
      «Cəbrayılın azad olunmasına görə» medalı
      «Qubadlının azad olunmasına görə» medalı

 

 

 

 

 

 

 

Vidadi Cabbarov Cəbrayıl oğlu 1997-ci il martın 28-də Lerik rayonunun Piran kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Vidadi Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Cabbarov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamına əsasən Vidadi Cabbarov ölümündən sonra " Vətən uğrunda " , " Cəbrayılın azad olunmasına görə " və " Qubadlının azad olunmasına görə " medalları ilə təltif edilib.

Keçidlər