Rayon əhalisinin sayı 85616 (01 yanvar 2020) nəfərdir. Əhalinin 43330 nəfəri və ya 50,61 faizi kişi, 24392 nəfəri və ya 28,49 faizi gənclərdir. 2009-cu il əhalinin siyahıyaalınması üzrə məlumatlara əsasən əhalinin 88,49 faizini azərbaycanlılar, 11,42 faizini talışlar, qalanını isə digər millətlərin nümayəndələri təşkil edir.
Əhalinin 9,98 %-i şəhərdə, 90,02 %-i kəndlərdə yaşayır. Rayon üzrə əhalinin orta sıxlığı 1 kvadratmetrdə 74, şəhərdə isə 1 kvadratmetrdə 85 nəfərdir.
Əhalinin ümumi sayından 22 faizi 0-14 yaşda olan uşaq və yeniyetmələr, 62.73 faizi əmək qabiliyyətli yaşda, 0,6 faizi isə əmək qabiliyyətli yaşdan yuxarı olanlardır.
Demoqrafik göstəricilər | 2018 | 2019 | Artım | |
---|---|---|---|---|
Əhalisi sayı | cəmi | 84711 | 85765 | +1054 |
şəhər | 8451 | 8576 | +125 | |
kənd | 76260 | 77189 | +929 | |
Doğulanların sayı | 1340 | 1400 | +60 | |
Ölənlərin sayı | cəmi | 390 | 361 | +29 |
1 yaşadək | 15 | 13 | +2 | |
Nikahların sayı | 514 | 592 | +78 | |
Boşanmaların sayı | 52 | 71 | -19 | |
rayona daimi yaşamaq üçün gələnlər | 106 | 113 | +7 | |
rayondan daimi yaşamaq üçün gedənlər | 129 | 98 | +31 | |
əhalinin miqrasiya artımı | -23 | 15 | +8 |
Lerik rayonu üzrə iqtisadi fəal əhalinin sayı 42466 nəfərdir ki, bu da əmək qabiliyyətli əhalinin 79.6 %-i deməkdir. Məşğul əhalinin 232 nəfəri (0.5%) sənayedə, 90 nəfəri (0.2%) tikintidə, 33191 nəfəri (78.1%) kənd və meşə təsərrüfatında, 150 nəfəri (0.4%) nəqliyyat və rabitədə, 682 nəfəri (1,5%) ticarətdə, 28 nəfəri (0.1%) kreditləşmə, maliyyə və sığortada, 2340 nəfəri (5.5%) idarəetmə orqanlarının aparatında, 3211 nəfəri (7.5%) təhsil, 740 nəfəri (1.8 %) mədəniyyət və incəsənətdə, 570 nəfəri (1.4%) səhiyyə, 393 nəfəri (1 %) bədən tərbiyəsi və sosial təminatda, 115 nəfəri (0,3%) mənzil-kommunal təsərrüfatı, 231 nəfəri (0.6%) əhaliyə məişət xidmətində, 493 nəfəri (1.1%) digər sosial xidmət sahələrində çalışır.
Dağlıq Qarabağ savaşında Lerik rayonu 130-dan çox şəhid verib. Onların 5-i şücaətlərinə görə Milli Qəhrəman adına layiq görülüblər. Azərbaycanın ilk Milli Qəhrəmanları sırasında da leriklilərin adı var. Rayonda hazırda 80 nəfər Qarabağ əlili var.
Lerik həmişə uzunömürlülər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 168 il (1805-1973) ömür sürmüşdür. Onun digər həmyerlisi Məcid Aĝayev 138 il (1835-1973) və Mahmud Eyvazov isə 150 il (1808-1958) yaşamışdır. Hazırda bu rayonda yaşı 100-ü keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır. Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, "buranın yerli əhalisi çox qədim xalqdır".