Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Əliyev Gündüz Etibar oğlu

     

     Doğum tarixi: 08.02.2002
     Şəhid olub: 30.09.2020
     Rütbə: əsgər


     Təltifləri
     «Vətən uğrunda» medalı

 

Gündüz Etibar oğlu Əliyev 08 fevral 2002-ci ildə Lerik rayonunun Loda kəndində anadan olmuşdur. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Loda kəndində keçmişdir. Birinci sinifdən dördüncü sinfə kimi Loda kəndində oxuyan Gündüz təhsilini Lerik rayon Vılıq kəndinə davam edir və 9-cu sinfə kimi orada oxuyur, daha sonra Astara rayonunun Toradi kəndinə təhsilini davam etdirməyə gedir və 10-11-ci sinifləri orada oxuyur.

Orta təhsilini başa vurduqdan sonra 08 may 2020-ci ildə (Covid-19 xəstəliyi ilə bağlı gecikmə olur)Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınır. "Tovuz" döyüşlərinin iştirakçısı olan qəhrəman Gündüz II Qarabağ müharibəsində də böyük həvəslə iştirak edir və yüksək qəhrəmanlıqlar göstərərək adını qızıl hərflərlə tarixə yazır. Şiddətli döyüşlər gedən zaman, yaralı əsgər yoldaşlarını döyüş zonasından çıxarmaqla, düşmənə sarsıdıcı zərbələr endirməklə və xeyli sayda vanlı qüvvəsini məhv etməklə adını tarixə yazır. 30 sentyabrda Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonunun Loda kəndinə gətirilərək, kənd qəbiristanlığımmda torpağa tapşırılır.

Gündüz döyüşə getməmişdən öncə anasına bir məktub yazır:

       "Məndə əsgər oldum Azərbaycana
       yolumu gözlə gələcəm
       Ana şəhid olsam
       qəbrim üstə ağlama
       bayramlarda bayram payı saxlama
       yolumu gözlə gələcəm ana
       gəlib göz yaşını siləcəm ana".

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunn Loda kəndində anadan olan Gündüz Etibar oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Keçidlər