Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Daha iki şəhidimiz anıldı

21 oktyabr 2021 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Lerik rayonunun Piran kəndində şəhid Cabbarov Vidadi Cəbrayıl oğlunun və Cənginəvud kəndində şəhid Səfərov Ceyhun Akif oğlunun şəhadətlərinin ildönümü ilə əlaqədar şəhidlərin məzarını ziyarət edib, məzarları üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini böyük hörmət və ehtiramla yad ediblər. Daha sonra şəhid ailələrini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təltif olunmuş şəhid Vidadi Cabbarovun “Qubadlının azad olunmasına görə” və şəhid Ceyhun Səfərovun “Cəbrayılın azad olunmasına görə" medalları şəhidlərin valideynlərinə təqdim edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər