Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Bibiyani kəndinə də mavi qaz verildi

30 dekabr 2020 | 16:00

30 dekabr 2020-ci il tarixdə Bibiyani kəndlinə mavi qazın verilməsi təmin edildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov kənd ictimaiyyətinin nümayəndələri ilə görüşərək kənd sakinlərini salamladı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış Zəfər bayramı, qarşıdan gələn bayramlar və təbii qazın verilməsi münasibəti ilə təbrik etdi.
Bildirdi ki, qəbul edilmiş Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində Azərbaycanın hər bir bölgəsində olduğu kimi, rayonumuzda da geniş quruculuq-abadıq işləri aparılır. Bu gün bayram ərəfəsində Bibiyani (182 abonent) kəndinə mavi qazın verilməsi də rayonumuza cənab Prezidentin diqqətinin və qayğısının bariz nümunəsidir. Bu qayğı və diqqətə görə cənab Prezidentə və rayonumuzda bütün bu işlərin həyata keçirilməsində bizə dəstək olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.
Gələcəkdə rayonumuzun digər kəndlərinə də mavi qaz xətlərinin çəkilməsi Dövlət Proqramında nəzərdə tutulmuş, növbəlik əsasında qazlaşma davam edəcəkdir.
Bibiyani kənd sakini Əmirov Əzizxan kənd sakinləri adından möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirdi.

Keçidlər