Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Cənab Prezidentin Tərtər və Ağcabədi rayonlarında həyata keçirdiyi açılışlar zamanı maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır

04 iyun 2020 | 16:00

Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz  bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin karantin rejiminin yumşadılması vətəndaşlarda arxayınçılıq, özünün sağlamlığına biganəlik yaratmışdır. Bunun nəticəsidir ki, vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanların sayında kəskin artım olmuş, yoluxanlarla sağalanların sayı arasında ciddi fərq yaranmışdır. Bu da karantin rejiminin yenidən sərtləşdirilməsini labüdləşdirir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyəsi ilə həftə sonlarında vətəndaşların çölə çıxmasının qadağan olunması, fəaliyyətinə icazə verilmiş ticarət müəssisələri, obyektlərin, apteklərin belə 2 gün ərzində bağlanması haqqında qərarın qəbul edilməsi insanların sağlamlığını qorumaq məqsədini daşıyır.
Prezident cənab İlham Əliyevin 03 iyun 2020-ci il tarixində Tərtər və Ağcabədi rayonlarında həyata keçirdiyi açılışlar zaman maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.

Keçidlər