Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Lerikdə olub

09 dekabr 2019 | 16:00

08 dekabrın 2019-cu il tarixdə Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyəti Lerikə dostluq səfərinə gəlib.
Buxara vilayət hakiminin müavini Vahid Hiyezovun, vilayət mədəniyyət idarəsi rəhbərinin müavini Qalibcon Barotovun, vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyətinin Lerik Rayon İcra Hakimiyyətinin binası qarşısında qarşılanma mərasimi olub.
Sonra rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və qonaqlar Heydər Əliyev meydanında Ümummilli Liderin abidəsini ziyarət etdilər.
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında çay sürfəsi arxasında davam edən səmimi söhbət zamanı rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov Azərbaycan və Özbəkistan xalqlarının tarixi dostluq əlaqələri, Ümummilli Lider Heydər Əliyevin və Özbəkistan Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı səmimi münasibətləri və münasibətlər sayəsində bu dostluğun daim möhkəmlənərək bu gün də davam etdiyini  xüsusi vurğuladı.
Görüş əsnasında rayon icra hakimiyyəti başçısı qonaqlara rayonun tarixi, görməli yerləri, sosial-iqtisadi və mədəni həyatı, turizm potensialı və cənab Prezidentin rayona göstərdiyi xüsusi diqqət və qayğısı ilə rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri və uğurla yerinə yetirilən infrastruktur layihələri barədə ətraflı məlumat verdi.
Səmimi qəbula görə minnətdarlıq edən qonaqlar belə qarşılıqlı səfərlərin, mədəni mübadilələrin hər iki qardaş xalqı daha da yaxınlaşdıracağına və gələcək əməkdaşlıq üçün geniş imkanlar açacağına əmin olduqlarını bildiriblər.
Görüş zamanı qonaqlara rayon sakinləri tərəfindən hazırlanmış xalq sənətkarlığı nümunələrindən ibarət hədiyyələr və rayon haqqında yazılmış kitablar təqdim edildi. Həmçinin qonaqlar da öz növbəsində Özbəkistan xalqının milli adət-ənənəsini əks etdirən hədiyyələrini rayon icra hakimiyyəti başçısı Rövşən Bağırova təqdim etdilər.
Səfər çərçivəsində qonaqlar rayonun görməli yerləri ilə yanaşı Heydər Əliyev Mərkəzində, “Uzunömürlülər” və rayon tarix diyarşünaslıq muzeyində eksponatlarla, yaxından tanış oldular. Həmçinin qonaqlara rayonumuzun uzunömürlü sakinləri və zəngin tarixi keçmişi haqqında ətraflı məlumat verildi.

Keçidlər