Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirildi

07 mart 2019 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal olan qadınlarla rayon icra hakimiyyəti başçısının görüşü keçirildi.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov 8 Mart - Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibəti ilə qadınları təbrik etdi.  Bildirdi ki, Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır.  Qadınlarımız öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərirlər.
Ölkə başçısı Prezident cənab İlham Əliyev qadınlara hər zaman diqqət və qayğı göstərir, onun rəhbərliyi altında təhsildə, səhiyyədə, idarəetmə orqanlarında mətbuatda və digər sahələrdə qadınlar hər zaman vəzifədə irəli çəkilirlər.
Bu gün qadınların ölkəmizin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradıldığını qeyd edən natiq müasir qadının real obrazını yaradan birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızın inkişafındakı və əhalinin sosial problemlərinin həllindəki xidmətlərindən söhbət açdı.
Sonra rayonumuzda da müxtəlif təşkilatlarda, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında qadınlar uğurla fəaliyyət göstərdiyini, onlardan bir neçəsinin cənab Prezident tərəfindən fəxri adlara, dövlət təltiflərinə layiq görüldüyünü bildirdi.
Tədbir iştirakçıları adından şəhər 2 saylı tam orta məktəbin müəllimi Usiya Məmmədova, şəhər 1 saylı texniki təmayüllü liseyin direktoru Əməkdar müəllim Gültəkin Şıxəliyeva və liseyin müəllimi Dünyaxanım Kərimova çıxış edərək son illər cənab Prezidentin tapşırığı ilə rayonumuzda aparılan tikinti-quruculuq işlərinə, eləcə də qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər