Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

13 fevral 2019 | 16:00

13 fevral 2019-cu il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin şəxsi heyəti, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə  tər gül-çiçək dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırov öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lerik rayon şöbəsinin bütün əməkdaşlarını xidmətin yaranmasının 7-ci ildönümü münasibəti ilə ürəkdən təbrik etdi və şöbənin hər bir əməkdaşına xidməti fəaliyyətində uğurlar arzuladı. Bildirdi ki, cənab Prezidentin imzaladığı 13 fevral 2012-ci il tarixli fərmanla respublika hərbi komissarlığı, şəhər və rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Dövlət Xidməti yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, çağırışçıların həqiqi hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam gənclərlə təmin edilməsi istiqamətində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirir.
Son illər cənab Prezidentin ordu quruculuğuna, hərbçilərə və onların ailə üzvlərinə göstərdiyi diqqət, dövlətin müdafiə xərclərini artırması, ordumuzun ən müasir silah-sursatla təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər bütün xalqımızda vətənpərvərlik hissini daha da artırmışdır. Aprel döyüşlərində qazandığımız qələbə, xüsusilə bu döyüşlərdə işğaldan azad olunmuş Cocuq Mərcanlıya qayıdış, inşallah bütün Qarabağ torpaqlarına qayıdışın başlanğıcıdır.
Rayonumuz da vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda 140-a yaxın şəhid vermişdir. Beş Milli Qəhrəmanımız, 80-dən çox Qarabağ əlilimiz vardır. Biz inanırıq ki, Ordumuz cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində qısa zaman ərzində torpaqlarımızı işğaldan azad edəcəkdir.
Sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov xidmətin yaranmasının 7 illiyinə həsr edilmiş məruzə ilə çıxış etdi. Son illər Ali Baş Komandan İlham Əliyevin  ordu quruculuğunda apardığı islahatlardan, Dövlət Xidmətinin yaranma tarixindən, ordu quruculuğundakı rolundan, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin artırılmasından və ilkin hərbi biliklərə yiyələnməsi istiqamətində görülən tədbirlər barədə geniş məlumat verdi. 
Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyası Lerik Rayon təşkilatının Aparat rəhbəri Elxan Qənbərov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik Rayon Şöbəsinin sədri Veysəl Məlikov və Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lerik rayon şöbəsinin əməkdaşlarını xidmətin yaranmasının 7-ci ildönümü münasibəti ilə təbrik etdilər, xidməti fəaliyyətlərində uğurlar arzuladılar.
Tədbirin sonunda SHÇDX rəisinin əmri ilə rayon şöbəsinin xidmətdə fərqlənən əməkdaşlarından baş-leytenant Qayqiyev Şamil və sürücü Qasımov Ramizə Fəxri Fərmanlar təqdim edildi və leytenant Hacıyev İsmət, leytenant Aşurov Ehtiram və sürücü Qasımlı Eminə təşəkkür elan olundu.

Keçidlər