Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Molalan kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

27 sentyabr 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Molalan kəndində Molalan və Sors kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Molalan kəndində görüşürük.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları barədə məlumat verən natiq ölkəmizdə olduğu kimi rayonumuzun da sürətlə inkişaf etdiyini və əhalinin rifah halının daha da yaxşılaşdığını qeyd etdi.
Dövlət Proqramına uyğun olaraq Lənkəran-Lerik avtomobil yolunda əsaslı təmir işlərinin görüldüyünü, Piran-Hamarat-Vijaker avtomobil yolunda tikinti işlərinin davam etdirildiyini, rayon ərazisində 10 modul tipli məktəbin, Noda kəndində 50 yerlik uşaq bağçasının tikildiyini, Lerik şəhərinin, həmçinin Molalan, Sors, Şingədulan və  Geskon  kəndlərinin də içməli su təchizatı ilə təmin edilməsi istiqamətində işlərin aparıldığını diqqətə çatdırdı.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Təhməz Əliyev, Vaqif Həsənov, Şahin Əliyev, Xıdır Quliyev və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və ərazinin qazlaşdırılmasına, əraziyə gələn avtomobil yolunun və elektrik xətlərinin təmirinə, su probleminin həllinə, payızlıq və yazlıq əkininin aparılmasından ötrü kənd təsərrüfatı texnikası ilə təmin edilməsinə, məktəblərdə ixtisas müəllimlərinin çatışmamazlığına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər