Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Conu kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

07 iyun 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Conu kəndində Conu, Tülü, Vıjaker, Qəvoy, Qışlaq, Loda, Vılıq və Hübi kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik etdi.  Bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə Conu kəndində görüşürük.
İcra hakimiyyəti başçısı Rövşən Bağırov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramları barədə məlumat verdi və proqramların uğurlu icrası nəticəsində ölkəmizin hər bir bölgəsi kimi rayonumuzun da simasının günü-gündən dəyişərək müasirləşdiyini, əhalinin rifah halının daha da yaxşılaşdığını vurğuladı.
Rayon icra hakimiyyətinin dəstəyi və Dövlət Neft Şirkətinin vəsaiti hesabına Tülüconu ərazisinə gələn Piran-Hamarat-Vijaker avtomobil yolundakı keçirilməz qayanın partladılaraq yolun açıldığını, ərazidə 10 min-lik və 04 kv-lıq hava elektrik xətlərində 190 ədəd istismara yararsız dirəyin dəmir dirəklərlə əvəzləndiyini, 21 min metr zədəli naqilin yeniləndiyini, güc artırmaq məqsədi ilə 100 kv-luq transformatorun 160 kv-luq transformatorla dəyişdirildiyini diqqətə çatdırdı.
2018-ci ildə Tülüconu ərazisindəki elektrik xətlərinin sip kabellərlə əvəzlənməsinin və 27 km-lik Piran-Hamarat-Vijaker avtomobil yolunun tikintisinin Dövlət Proqrama salındığını, artıq yolun tikintisinə başlanıldığını, Conu və Qəvoy kəndlərində 56 şagird yerlik, Vılıq kəndində 80 şagird yerlik yeni modul tipli məktəblərin, Conu kənd tibb məntəqəsi üçün yeni binanın tikiləcəyini qeyd edən natiq qarşıdan gələn illərdə də respublikamızın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Baxşiəli İbadov, Məhərrəm Məhərrəmov, Elxan Cabbarov, Nazim Şahmuradov, Nizami Səfərov çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və Conu kənd məktəbinə şəhidin adının verilməsinə, əraziyə gələn elektrik xətlərinin bir nömrəli xəttə qoşulmasına, Qəvoy kəndində “Xeyir-Şər” evinin tikintisinə və artezian quyusunun qazılmasına, ərazinin telefonlaşdırılmasına, Conu kənd ümumi orta məktəbinin bazasında tam orta məktəbin açılmasına və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər