Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

05 iyun 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 15 vətəndaş qəbul edilərək dinlənilmişdir.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, torpaq məsələləri, yaşayış evlərinə qaz və su-kanalizasiya xətlərinin çəkilməsi, maddi yardım istəməsi və digər məsələlərlə bağlı idi.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan həlli mümkün problemlərin aradan qaldırılmasına müvafiq köməklik göstərilmişdir. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülmüş, həlli üçün aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verilmişdir.

Keçidlər