Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısının Çayrud ərazi icra nümayəndəliyində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

11 may 2018 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Rvarud kənd mədəniyyət evində Rvarud, Anzolu, Andurma və Piyəkücə  kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaraq  bildirdi ki, əsası Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.  Cənab Prezidentin məntiqli, müdrik düşüncəsi ilə həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatımızın ilbəil artdığını, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini, vətəndaşlarımızın rifah halının, həyat şəraitinin gündən-günə yaxşılaşdığını, respublikanın hər bir bölgəsində genişmiqyaslı tikinti-abadlıq, quruculuq işlərinin görüldüyünü qeyd etdi.
Daha sonra ölkə başçısının diqqət və qayğısı ilə rayonumuzda görülən işlərdən söhbət açan natiq cənab Prezidentin müvafiq sərəncamları ilə rayonumuzda görüləcək işlər barədə məlumat verdi.      
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Mirtofiq Hüseynov, Elxan Qulamov, Ənvər Rzayev, İlqar Babayev və Mais Nəbiyev çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və əraziyə gələn və kənddaxili elektrik, rabitə xətlərinin və dirəklərinin dəyişdirilməsinə, Çayrud ərazisinə gələn avtomobil yolunun texnika vasitəsi ilə hamarlanmasına, ərazidə bankomatın quraşdırılmasına, Rvarud kəndinin Anzolu kəndi ilə ərazi sərhədlərinin dəqiqləşdirilərək yerində göstərilməsinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edərək aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər