Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

08 may 2018 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
Öncə Piran kənd ərazi icra nümayəndəliyində fəaliyyət göstərən Operativ İdarəetmə Mərkəzi vasitəsi ilə video-konfransla bir vətəndaş qəbul edilərək dinlənildi.
Rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul edilən vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, tikinti materialının verilməsi, torpaq məsələləri, maddi yardım verilməsi, kənlərdə içməli su təminatının yaxşılaşdırılması, kəndara avtomobil yollarının, elektrik xətlərinin təmiri və digər məsələlərlə bağlı idi.
Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.
Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 26 vətəndaş qəbul edildi.

Keçidlər