Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lərmərud kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.

20 aprel 2017 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Lərmərud kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamlayaq bildirdi ki, ərazilərdə, kəndlərdə vətəndaşlarla görüşlər ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədi ilə mütəmadi olaraq keçirilir. Sizinlə belə görüşlərimiz bir neçə dəfə olmuşdur. Bu gündə qrafikə uyğun olaraq növbəti dəfə Lərmərud kəndində, sizlərlə birlikdəyik.
Dünya hökm sürən maliyyə böhranının respublikamızın iqtisadiyyatına təsir göstərdiyini qeyd edən natiq cənab Prezidentin apardığı düzgün daxili və xarici siyasət nəticəsində respublikamızın bu böhrandan az təsirlə çıxdığını və iqtisadiyyatımızın inkişaf etdiyini vurğuladı. Regionların sosial-iqtisadi inkişafı barədə cənab Prezidentimizin qəbul etdiyi qərarları diqqətə çatdırdı. Bildirdi ki, cənab Prezidentin rayonumuza göstərdiyi diqqət və qayğısı nəticəsində rayonumuz ildən-ilə inkişaf edir və abadlaşır. Son illər rayon mərkəzi ilə yanaşı ucqar dağ kəndlərimizdə də yeni məktəb binaları, sosial obyektlər tikilib istifadəyə verilmiş, bir neçə kəndə qaz xətti çəkilmiş, kəndara yolları təmir edilmiş, bir neçə kəndin yoluna asfalt döşənmişdir. 50 min əhalinin yaşadığı əraziləri birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə cənab Prezidentin sərəncamı ilə 6.6 milyon manat vəsait ayrılmışdır. Artıq yolda tikinti işləri sürətlə aparılır. Bu yoldan ayrılan və sizlərin də istifadə etdiyiniz Əliabad-Gürdəsər-Vamazğon avtomobil yolunun tikintisi üçün bütün texniki sənədlər hazırlanaraq müvafiq təşkilatlara təqdim edilmişdir. Maliyyə vəsaiti ayrılacağı halda yolun tikintisinə başlanılacaqdır.
Rayonumuzun 45 kəndinə qaz xəttinin çəkilişi tam təmin olunub. Qaz çəkilişi mərhələlərlə həyata keçirilir. Hal-hazırda 4 kəndə qaz çəkilişi işi davam etdirilir. Bu ərazidən də əhali qazın çəkilməsi ilə bağlı müraciətlər edirlər. İqtisadi vəziyyət düzəldikcə Nücü ərazisinə o, cümlədən Lərmərud kəndinə də qaz xətti çəkiləcəkdir.
İşıq təsərrüfatında görülmüş işlər nəticəsində sərt keçən qışda kəndlərimizdə elektrik enerjisi verilişi ilə bağlı ciddi problemlər yaşanmadı. Rayonumuzun işıq təsərrüfatında da bir çox işlər görülüb, çürümüş dirəklər yeni dəmir dirəklərlə əvəz olunub, yeni transformatorlar quraşdırılıb, bir neçə kənddə yeni sip kabel xətləri çəkilmişdir. Bundan sonra da bu işlər davam edəcəkdir.
Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Haftonu kənd sakini Əsədulla Bəbirov, Lərmərud kənd sakinləri Şahvəli Əliyev, Məzahir Əliyev, Azər Paşayev, Rahib Hüseynov və digərləri çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər. Ərazidə elektrik xətlərinin təmirinə, elektrik mantyorunun təyin edilməsinə, mübahisəli pay torpaqlarının naturada göstərilməsinə, qaz xəttinin çəkilişinə, Nücü kənd avtomobil yolunun təmirinə, Haftonu kəndində yeni məktəb binasının tikilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə zəruri tədbirlərin görülməsindən ötrü aidiyyəti vəzifəli şəxslərə yerində tapşırıqlar verildi.

Keçidlər