Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

19 aprel 2017 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2017-ci ilin birinci rübündə Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə Şuranın geniş iclası keçirildi.
Şura iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov  bildirdi ki, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ötən dövr ərzində ölkə iqtisadiyyatında əldə olunmuş nəticələr geniş müzakirə edildi. Əminliklə demək olar ki, keçən ilin sonlarında 2017-ci ilin ölkəmizin iqtisadiyyatında dönüş ili olacağına dair verilən bəyanatlar son üç ay ərzində öz təsdiqini tapdı.
Görülən işlərin nəticəsi özünü çox gözlətmədi. Biz artıq cari ili çəkinmədən iqtisadi inkişafımızda  yeni mərhələnin başlanğıc ili kimi dəyərləndirə bilərik. Bu il ölkə iqtisadiyyatının qeyri-neft sektorunda ciddi dəyişikliklərin baş verəcəyi heç kimdə şübhə doğurmur. Ötən üç ay ərzində real sektorda ixracın həcminin belə kəskin artmasını hökumətin son il yarım ərzində bu sahənin inkişafı istiqamətində atdığı qətiyyətli addımların real nəticəsi kimi dəyərləndirmək lazımdır.
Sonra natiq ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformaların rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərdiyini qeyd etdi.
Rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə ilə çıxış etdi.
Məruzə ətrafında ƏƏSMN yanında DSMF Lerik rayon şöbəsinin müdiri  Malik Mirzəyev, rayon telekommunikasiya qovşağının rəisi Vəligulla Alışov, rayon elektrik şəbəkəsinin rəisi Səhrab Həsənov çıxış edərək rəhbərlik etdikləri sahələr üzrə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər
Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı qarşıya qoyulmuş vəzifələrlə bağlı aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Sonda Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar və Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olundu.

Keçidlər