Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısının Şinəband kəndində vətəndaşlarla səyyar görüş-qəbul keçirildi

26 yanvar 2017 | 16:00

Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Şinəband kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
      Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov görüş iştirakçılarını salamladı. Bildirdi ki, yeni ildə cənab Prezidentin göstərişinə əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbula toplaşmışıq. Bu gün təsdiq edilmiş qrafikə uyğun olaraq sizlərlə birlikdəyik. Məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Aidiyyəti idarə rəhbərləri, hüquq mühafizə orqanlarının rəhbərləri burada iştirak edir.
      Hamımız bilirik ki, dünya dövlətlərinin əksəriyyətində maliyyə böhranı hökm sürür, lakin Azərbaycanda bu böhran hiss olunmamaq dərəcədə azdır. Bu da cənab Prezidentimizin apardığı düzgün siyasətin nəticəsidir. Şükürlər olsun ki, respublikamızda sabitlik hökm sürür. Müharibə şəraitində olmağımıza baxmayaraq pillə-pillə dünyanın inkişaf etmiş ölkələri sırasına qalxırıq.  Respublikamızın regionlarında keçən ildən başlayaraq sənaye parklarının yaradılmasına start verilib. Bu regionlarda bir çox iş yerlərinin açılması deməkdir. Bu yaxınlarda cənab prezidentimizin sərəncamı ilə qaçqın və məcburi köçkünlərə 36 manat müavinətin təyin olunması onların daim diqqət və qayğıda olduqlarının bariz nümunəsidir. Cənab prezidentimizin də qeyd etdiyi kimi inşallah tezliklə Qarabağ mənfur düşmənlərimizdən alınacaq, qaçqın və məcburi köçkünlərimiz öz doğma ata baba yurdlarına qayıdacaqlar. Aprel döyüşlərində Azərbaycan ordusu öz gücünü Ermənistana bir daha göstərdi.
      Ölkəmiz cənab Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində gündən günə inkişaf edir. Respublikamızda regionların inkişafı barədə cənab Prezidentimizin qəbul etdiyi qərarlar hamınıza məlumdur. Həyata keçirilən Dövlət proqramları nəticəsində rayonumuzda da bir çox işlər görülmüşdür. Azərbaycanın digər bütün rayonları kimi, Lerik rayonu da çiçəklənir, abadlaşır. Bu inkişaf təkcə mərkəzlə hüdudlanmır, ucqar dağ kəndlərində də bir sıra işlər görülür. Rayonumuzda ötən dövr ərzində bir çox işlər görülmüşdür, yeni məktəb binaları tikilib istifadəyə verildi, bir neçə kəndə qaz xətti çəkilmiş, kəndara yollar təmir edilmiş, bir neçə kəndin yoluna asfalt döşənmişdir. Biz indi rayonumuzu 10 il əvvəl ilə müqayisə edə bilmərik. Lerik şəhərində abadlıq-quruculuq işləri görülmüş, şəhərə içməli su xəttinin çəkilməsi və kanalizasiya sisteminin qurulması istiqamətində işlər davam etdirilmişdir. Rayonumuzun ərazisində 50 dən çox məktəb binası tikilib, 45 dən yuxarı kəndə qaz xəttinin çəkilişi təmin olunub. Mastail və Lİvədirqə kəndlərində bu il qazlaşdırma işləri tamamlanıb. Digər iki kənddə isə son tamamlanma işləri görülür. Rayonumuzun işıq təsərrüfatında da bir çox işlər görülüb, çürümüş dirəklər yeni dəmir dirəklərlə əvəz olunub, yarımstansiyalar istifadəyə verilib, BTM-lər quraşdırılıb. Rayonumuzda 31 min elektrik dirəyi var. Məlum məsələdir ki, biz bu dirəklərin yenisi ilə əvəzlənməsini qısa vaxt ərzində həyata keçirə bilmərik. Hissə-hissə bu dirəklərin əvəzlənməsi və yeni sip kabellərin çəkilməsi işləri aparılacaqdır. Rayonumuzun əsas problemlərindən biri yol problemidir. Düzdür Lerik-Lənkəran avtomobil yolu, Noda-Şingədülan-Xanagah avtomobil yolu, Lerik-Qosmalian- Kəlvəz yolu qısa müddət ərzində asfaltlaşdırılmışdır. Rayonda kəndara yolların əksəriyyəti hamarlanaraq çınqıl döşənmişdir. Məhz sizin kəndinizə gələn yolda da son illər bir neçə dəfə təmir işləri aparılmışdır. Blaband kəndinə gedən yola da asfalt döşənmişdir. Lüləkəran kəndinin yolu da daxili imkanlar hesabına təmir edilmişdir.  Ərazinin kəndlərində əhali mavi yanacaqdan istifadə edir. Cənab Prezident qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığa diqqət artırılması ilə bağlı tapşırıqlar vermişdir. Keçə ildən başlayaraq kənd təsərrüfatının inkişafına respublikamızda böyük diqqət və qayğı göstərilmişdir. Hazırda qarşımıza qoyulan əsas vəzifələrdən sayılan aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı mövcud imkanlardan tam istifadə etməliyik. Respublikamızın rayonlarını kənd təsərrüfatı üzrə ixtisaslaşdırılmasına böyük önəm verilir. Biz keçən il ərazilərimizin bəzi yerlərində tütün əkdik, lakin istədiyimiz effekti ala bilmədik. Bizim rayonumuzun iqlim şəraiti bir çox bitkilərin becərilməsinə imkan vermir. Bəzi vətəndaşlarımız fındıq əkinini həyata keçirmək istəyirlər. Biz çalışmalıyıq ki, tələb olunan məhsullar istehsal edək. Biz rayon icra hakimiyyəti olaraq vətəndaşlarımıza hər cür dəstəyi göstərməyə hazırıq. Sizləri narahat edən məsələlərlə bağlı bundan sonra tədbirlər görüləcəkdir.
      Daha sonra rayon icra hakimiyyəti başçısı qeyd etdi ki, Şinəband kəndinə gələn yüksək gərginlikli və kənddaxili elektrik xətlərində, avtomobil yolunda problemlərin mövcud olduğunu bilirik. Bu problemlərin aradan qaldırılması üçün səlahiyyətlərimiz çərçivəsində işlər aparır, imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk.
      Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan ağsaqqal Hümmətəli Talıbov. İdrət Rzayev, Ağakişi Kişiyev çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və kənddə gələn elektrik  və rabitə xətlərinin təmirinə, avtomobil yolunun əsaslı tikintisinə, mübahisəli pay torpaqlarının naturada göstərilməsinə, müqavilə əsasında götürülmüş yay otlaq sahəsinin müqavilə müddətinin uzadılmasına və kənd klubunun əsalı təmirinə köməklik göstərilməsini xahiş etdilər.
      Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə zəruri tədbirlərin görülməsindən ötrü aidiyyəti vəzifəli şəxslərə yerində tapşırıqlar verildi.
      Rayon icra hakimiyyəti başçısı səyyar qəbulda  Şinəband kənd sakinləri Rüstəm Talıbov və Əli Abbasovun şəxsi məsələlərlə bağlı etdiyi müraciətlərlə əlaqədar müvafiq göstərişlər verdi.

Keçidlər