Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısının “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüşü keçirildi

18 noyabr 2016 | 16:00

18 noyabr 2016-cı il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin konfrans zalında rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncə - Şəmkir - Göygöl rayonlarında səfərdə olmuş rayonun təhsildə fərqlənən bir qrup 10-11-ci sinif şagirdləri ilə görüşü keçirildi.
      Tur-aksiya iştirakçılarını salamlayan rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin ölkəmizdə gedən inkişaf, regionlarda aparılan quruculuq işləri və ən əsası Azərbaycanın rayonlarını tanıması, olduqları rayonların məktəbliləri ilə əlaqə qurması baxımından mühüm  əhəmiyyət daşıdığını qeyd etdi. Bildirdi ki, “Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən maarifləndirici tur-aksiyada səyahət zamanı rayonların tarixini, mədəniyyətini özündə əks etdirən mərkəz və muzeylərdə, şəkil qalereyalarında olmaq həmin rayonlar haqqında bilgi əldə etməyiniz, eyni zamanda sizin dünya görüşünüzün artmasına səbəb olacaqdır.
      Sonra rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tur-aksiya iştirakçılarından gəzib-gördükləri yerlər haqqında təəssüratlarını dinlədi
      Mastail kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Mirzəzadə Sevda, şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Rzazadə Ziya çıxış edərək "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində ilk dəfə iştirak etdiklərini, səfər çərçivəsində Gəncə şəhərinin, Göy-Göl və Şəmkir rayonlarının müxtəlif tarixi abidə və kompleksləri, Heydər Əliyev Mərkəzləri ilə tanış olduqlarını, Gəncə “Qala Qapı”larını, “Nizami” məqbərəsini, “İmamzadə” məscid kompleksini və Cavad Xanın dəfn olunduğu abidəni ziyarət etdiklərini qeyd etdilər və bu şəraiti onlara yaratdıqları üçün Azərbaycan Respublikasının Prezidentinə və Lerik Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlığını bildirdilər.

Keçidlər