Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Vətəndaşların qəbulu keçirildi

27 sentyabr 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
      Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 27 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
      Barzavu kənd sakini, şəhid anası Gülnisə Tarverdiyeva yeni inşa edilmiş yaşayış evinə qaz xəttinin çəkilişinə, Lerik şəhər sakinləri Bəhlul Rəhimov yaşayış evi tikilməsindən ötrü torpaq sahəsinin sənədləşdirilməsinə, I qrup Böyük Vətən Müharibəsi əlili Salam Cabbarov evinə avtomobil yolunun çəkilməsinə, Rizvan Quliyev ödənişli əsaslarla təhsil alan oğlunun təhsil haqqının ödənilməsinə, Güləmirzə Məmmədov, Ağamirzə Məmmədov və Sevda Abdulova içməli su probleminin həllinə, ehtiyatda olan hərbi qulluqçu Alim Məcidov kirayə haqqının ödənilməsinə, Blaband kənd sakini Suanverdi Həsənov və Lerik şəhər sakini Gülxanım Muradova maddi yardım istəməsi barədə, Soru kənd sakini Əzizxan Təhməzov qəzalı vəziyyətdə olan evinin bərpasına köməklik göstərilməsini xahiş etdilər.
      Qəbulda olan vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər