Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi

17 may 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
       Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 34 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
   Lerik şəhər sakini, şəhid atası Əlizahir Müslümov oğlunun adına ucaldılmış abidənin ətrafının abadlaşdırılmasına, Şingədulan kənd sakini, şəhid qardaşı Elnur Mirzəyev qəzalı vəziyyətdə olan evinin təmir olunmasına, Lerik şəhər sakini Bəhlul Rəhimov, Blaband kənd sakini Əliyev Müqəddəs yaşayış evi tikməkdən ötrü həyətyanı torpaq sahəsinin ayrılmasına, Züvüc kənd sakini Xanəli Əmrəliyev həmkəndlisi Şövlət Şəfiyev tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinin alınmasına,  Mastail kənd sakinləri, Tofiq Məmmədov və Xanımbacı Abdullayeva, Piran kənd sakini Kəbirə Əliyeva işlə təmin olunmalarına, Nüvədi kənd sakini Gülverdi Əsgərov sel suları nəticəsində dağılmış körpünün təmir olunmasına, Orand kənd sakini Həmzə Rüstəmov övladının və Lerik şəhər sakini Şərafət Ağayeva gəlininin işlə təmin olunmalarına və digər vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
      Qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər