Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü təntənə ilə qeyd edildi

10 may 2016 | 16:00

Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Ulu Öndərin mərkəzi meydandakı abidəsi önündə böyük izdiham toplaşmışdı.
     Öncə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar ulu öndərin abidəsini ziyarət etdilər,  abidənin önünə tər gül-çiçəklər düzdülər.
     Sonra ulu öndərin adını daşıyan meydanda əllərində gül-çiçək dəstələri ilə onun əzəmətli abidəsinin qarşısında növbəyə dayanan rayon sakinləri xalqımızın dahi oğlu Heydər Əliyevin abidəsi önündən keçərək ulu öndərə ehtiramlarını bildirdilər.
    Daha sonra rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış oldular.

Keçidlər