Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar ümumrayon iməciliyi keçirildi

10 may 2016 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və təşkilat kollektivlərinin, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumrayon iməciliyi keçirildi.
      İməcilikdə 1300 nəfərdən çox rayon sakini iştirak edirdi. Aksiya çərçivəsində Heydər Əliyev meydanında, Bayraq meydanında və “Şəhidlər” abidə kompleksində 3500 ədəddən çox müxtəlif növ güllər, həmişəyaşıl bəzək ağacları əkildi.
      Eyni zamanda Lənkəran-Lerik magistral avtomobil yolunun 50-56-cı kilometrliklərində, Lerik-Qosmalian-Kəlvəz, Noda-Şingədulan-Xanagah, Piran-Hamarat-Vijaker avtomobil yollarının kənarında, rayonun idarə, müəssisə və təşkilatların həyətlərində, ərazilərdə və Lerik şəhərinin park və xiyabanlarında müxtəlif növ güllər və 4232 ədəd müxtəlif növ ağaclar əkildi, təmizlik və səliqə-sahman işləri aparıldı. Çoxillik ağacların dibləri yumşaldıldı, gövdələri ağardıldı. 
      Rayon icra hakimiyyəti başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri iməcilikdə iştirak edərək ağac əkdilər.

Keçidlər