Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə Lerik Rayon Komissiyası tərəfindən 2017-ci ildə görülmüş işlər

  Rayon komissiyasının rəhbərliyi ilə aidiyyəti orqanlar tərəfindən  2017-ci ildə Azərbaycan  Respublikası  Prezidentinin  24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində kompleks təşkilati  tədbirlər həyata keçirilmişdir. Dövlət Komissiyasının   İş Planları rəhbərlik və icra üçün qəbul edilmiş, rayon komissiyasının 2017-ci il üçün Tədbirlər planları tərtib edilərək Dövlət Komissiyasının  işçi qrupuna təqdim edilmişdir. 

Rayon komissiyasının  2017-ci il üçün tərtib edilmiş  tədbirlər planlarında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, belə  vasitələrin  qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirlərinin  gücləndirilməsi, narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığın ilkin profilaktikası, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, antinarkoloji təbliğat və maarifləndirmə istiqamətində rayon polis şöbəsi, rayon mərkəzi xəstəxanası, ərazi tibb müəssisələri, ərazilər üzrə yerli icra hakimiyyəti, özünüidarə orqanları rəhbərləri tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, gənclərin asudə vaxtının təşkili və məşğulluq problemlərinin həll olunması istiqamətində kompleks tədbirlər görülməsi və həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi   nəzərdə tutulmuşdur.
Antinarkoloji təbliğat təşviqat tədbirlərinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə   rayon komissiyasının   (2527)46021 nömrəli etimad  telefonu təşkil edilmiş, bu barədə məlumatlar rayon icra hakimiyyətinin internet saytında yerləşdirilmiş və rayonun yaşayış məntələrində elanlar yerləşdirilməklə etimad telefonu ilə  bağlı əhali mütəmadi qaydada məlumatlandırılmışdır. 
Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 09 iyun  2017-ci il tarixli iclasında    Azərbaycan  Respublikası  Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın rayonda 2016-cı il və 2017-ci ilin hesabat dövrü ərzində    icra vəziyyəti barədə” məsələ müzakirə olunmuş, rayon komissiyasının, rayon polis şöbəsinin və digər aidiyyəti orqan rəhbərlərinin  mübarizə profilaktika tədbirləri barədə hesabatlarının dinlənilməsi  təmin edilmiş,   Şuranın iclas qərarından irəli gələn  zəruri məsələlərin icrası ilə bağlı  aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmişdir. 01 dekabr 2017-ci il tarixədək aidiyyəti orqanlar tərəfindən həyata keçirilən tədbirlər barədə rayon icra hakimiyyətinə ətraflı arayışlar təqdim olunmuşdur.
Rayon komissiyasının 2017-ci ildə 5 iclası keçirilmişdir. Rayon komissiyasının  30 yanvar 2017-ci il tarixli iclasında aidiyyəti orqanların, rayon polis şöbəsinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış, mübarizə profilaktika tədbirləri barədə, rayon mərkəzi xəstəxanasının  narkomanlığa düçar olmuş şəxslərin  qeydiyyata alınması, onlarla müvafiq profilaktiki və müalicəvi tədbirlərin həyata keçirilməsi ilə bağlı hesabatları dinlənilmiş, 22 iyun 2017-ci  il tarixli iclasında Dövlət Komissiyasının 2017-ci il üçün İş Planında nəzərdə tutulmuş tədbirlər, o cümlədən  rayon polis şöbəsi və aidiyyəti orqanlar tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorların qanunsuz dövriyyəsinə qarşı əməliyyat–axtarış tədbirləri, narkotik  vasitələrin  qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması, narkotik xassəli bitkilərin əkilib-becərilməsi, yabanı şəkildə yetişən bu növ bitkilərin “Xaş-xaş-2017” kompaniyası çərçivəsində aşkar olunub məhv edilməsi, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və müvafiq bələdiyyələr tərəfindən gənclərin asudə vaxtının təşkili və məşğulluq problemlərinin həll olunması istiqamətində həyata keçirilən tədbirlərin müzakirəsi, 02 avqust 2017-ci ildə  rayon veteranlar və ağsaqqallar şurasının, qadın və gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə narkomanlığın ilkin profilaktikası, antinarkoloji təbliğat, maarifləndirmə sahəsində  rayon poliş şöbəsi tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi,19 oktyabr 2017-ci ildə  ərazilər üzrə yerli icra hakimiyyəti, özünüidarə orqanları, ərazi tibb müəssisələrinin rəhbərləri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi, rayon təhsil şöbəsinin və rayon gənclər və idman idarəsinin məktəblilər və gənclərlə işin təşkili ilə bağlı hesabatları dinlənilmiş,30 dekabr 2017-ci ildə  aidiyyəti orqanlar tərəfindən Dövlət Proqramının  rayonda 2017-ci ildə icra vəziyyəti müzakirə edilmişdir.
Hesabat dövrü ərzində polis şöbəsi tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  qarşı əməliyyat-axtarış, mübarizə tədbirləri davam etdirilmişdir. Rayon ərazisində 2016-cı ildə narkotiklə bağlı 1 cinayət faktı aşkar  edilmiş, 1 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir . 2017-ci il ərzində rayon ərazisində 3 fakt qeydə alınmış, 3 nəfər məsuliyyətə cəlb olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  qarşı əməliyyat-axtarış, mübarizə tədbirləri davam etdirilir.
Lerik rayonunun İran İslam Respublikası ilə həmsərhəd olduğu nəzərə alınaraq ərazidə  yerləşən komendatura və zastava hərbiçiləri ilə birgə əməliyyat tədbirləri və reydlər  2017-ci il ərzində davam etdirilmiş, narkotik  vasitələrin  qaçaqmalçılıq yolu ilə gətirilməsi faktları aşkar edilməmişdir. 
Dövlət Komissiyasının  2017-ci il üçün  iş planına və rayon komissiyanın  2017-ci il üçün tərtib olunmuş tədbirlər planına uyğun olaraq narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri, o cümlədən “Xaş-xaş- 2017”şərti adı altında kompaniya 2017-ci ildə davam etdirilmişdir.Rayon Poliş Şöbəsi əməkdaşlarının 21 iyun 2017-ci ildə  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Orand kəndinin   Yaylaq ərazisində dövlət torpaqlarında 12 hektar sahədə ümumi çəkisi 4590 kq olan, 13801 ədəd yabanı şəkildə bitmiş narkotik tərkibli xaş-xaş kolları, 23 iyun 2017-ci ildə  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Orand kəndinin  dağlıq ərazisində dövlət torpaqlarında 8 hektar sahədə ümumi çəkisi 7580kq olan, 16950 ədəd yabanı şəkildə bitmiş narkotik tərkibli xaş-xaş kolları aşkar edilərək yığılmış və yandırma üsulu ilə məhv edilmişdir. Ümumilikdə “Xaş-xaş- 2017” şərti adı altında kompaniya çərçivəsində rayonun dağlıq və sərhədyanı ərazilərində 32 hektar sahədən 3 fakt üzrə ümumi çəkisi 14632 kq olan, 40601 ədəd yabanı şəkildə bitmiş narkotik tərkibli xaş-xaş kollarının aşkar edilərək   yandırma üsulu ilə məhv edilməsi təmin edilmişdir
Rayon komissiyasının rəhbərliyi ilə rayon polis şöbəsi, təhsil şöbəsi, rayon mərkəzi xəstəxanası və rayon gənclər və idman idarəsinin narkomanlığın yayılmasının qarşısının alınması məqsədi ilə ictimaiyyətin iştirakı ilə davamlı kompleks qabaqlayıcı tədbirləri davam etdirilmişdir. Antinarkoloji təbliğat təşviqat tədbirlərinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə rayonun ictimaiyyət nümayəndələrinin, qadın və gənclər təşkilatlarının nümayəndələrinin təklifləri nəzərə alınmaqla rayon komissiyasının  tövsiyələri hazırlanaraq kənd ərazi icra nümayəndəlikləri, yerli özünüidarəetmə orqanları, ərazi tibb, təhsil müəssisələrinin rəhbərlərinə göndərilməsi təmin edilmişdir.
Rayonda  2017-ci il ərzində narkomanlığın profilaktikası istiqamətində, o cümlədən işaxtaran və işsiz gənclərin məşğulluğunun təmin olunması sahəsində kompleks tədbirlər davam etdirilmişdir. Rayon icra hakimiyyətinin dəstəyi ilə rayon məşğulluq mərkəzinin sifarişinə əsasən  Lerik texniki peşə məktəbində  gənclər üçün peşə təlim kursları təşkil edilmiş, 26-dan artıq gənc təlim kurslarını bitirərək rayonun idarə, müəssisə, təşkilatlarında  Boykəndil,  Almu, Əvilə,  Bobla, Qələbin kənd  məktəblərinin əsaslı tikinti işlərində, Dünya Bankının və Azərbaycan hökumətinin birgə maliyyə vəsaiti hesabına həyata keçirilən  29 km-lik Şonayçola-Lerik magistral su kəmərinin əsaslı çəkilişi, Noda-Şingədulan-Xanagah avtomobil yollarının əsaslı tikintisi və Lerik şəhərində mərkəzləşdirilmiş kanalizasiya sisteminin və sutəmizləyici qurğuların əsaslı tikintisi layihəsi çərçivəsində işlə təmin olunmuşlar. Əlavə olaraq cənab Prezidentin tapşırığına əsasən rayon kommunal müəssisələri istehsalat birliyində 60,rayon qaz istismar sahəsində 42,rayon yol idarəsində 39, digət xidmət sahələrində 184 olmaqla 225 yeni iş yeri açılmışdır. Ümumilikdə 2017-ci il ərzində rayonda icra edilən tikinti işlərində 1066 nəfər  daimi işlə təmin olunmuşdur ki, onların 751-ni 17-35 yaşlı gənclər təşkil edir.
2017-ci il ərzində rayon mərkəzi xəstəxanası tərəfindən narkomanlığa düçar olmuş şəxslərin qeydiyyata alınması, onlarla müvafiq profilaktiki və müalicəvi tədbirlərin həyata keçirilməsi, narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığın ilkin profilaktikası, antinarkoloji təbliğat və maarifləndirmə sahəsində fəaliyyətinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.  Rayon ərazisində qeydiyyatda olan  29 nəfər  narkoloji xəstə, 9 xroniki alkoqolizmdən əziyyət çəkən şəxs və 26 profilaktiki qeydiyyatda olan şəxslərlə müvafiq kompleks müalicə-profilaktika işlərinin  əhəmiyyətli dərəcədə yaxşılaşdırılması təmin edilmişdir.  2017-ci il ərzində  rayon ərazisində 1 narkoloji xəstə   aşkar olunmuş,1 nəfər profilaktiki qeydiyyata götürülmüşdür
Rayonun təhsil müəssisələrində məktəblilər (tələbələr) arasında narkomanlığın və ağır yoluxucu xəstəliklərin (Hepatit C, QİÇS) yayılmasının qarşısının alınması istiqamətində 8 tamorta  məktəbdə məşğələ proqramı icra edilmişdir. 2017-ci il  ərzində AIDS-lə Mübarizə Mərkəzinin Əsasnaməsində göstərilən həssas qrupa daxil edilən  şəxslərin o cümlədən rayon mərkəzi xəstəxanasının narkoloji müşahidəsində olan narkomanlardan  6 nəfərin qanının müayinəyə göndərilməsi təmin edilmişdir.
2017-ci ildə yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi təhsil aldığı inzibati ərazilər üzrə icra hakimiyyəti və digər aidiyyəti orqanlar arasında əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki,   məktəblərdə pedaqoji və valideyn şuraları, yerli bələdiyyələr, qeyri-hökumət təşkilatları ilə əlaqə genişləndirilmiş, tədris müəssisələrində nəzarət qruplarının fəaliyyəti gücləndirilmiş, ərazilərdə ictimaiyyətin iştirakı ilə “Sağlam ailə-güclü dövlət”, “Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq”, “Narkomaniya ağ ölüm deməkdir”, “Narkomaniya ümumbəşəri bəladır”, “Narkomanlıq bədbəxtlik vasitəsidir” mövzusunda söhbətlər aparılmışdır. Rayon polis şöbəsinin rəhbərliyi, veteran və ağsaqqallar şurasının üzvləri ilə şəhər orta məktəblərində məktəblilərin görüşləri keçirilmiş, antinarkoloji təbliğat və maarifləndirmə istiqamətində rayon polis şöbəsi, rayon mərkəzi xəstəxanası, ərazi tibb müəssisələri, ərazilər üzrə yerli icra hakimiyyəti, özünüidarə orqanları rəhbərləri tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyi artırılmış və həyata keçirilən tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması təmin edilmişdir.  
Hesabat dövrü ərzində aidiyyəti orqanların: rayon polis şöbəsi, təhsil şöbəsi, rayon mərkəzi xəstəxanası və rayon gənclər və idman idarəsinin narkomanlığın yayılmasının qarşısının alınması məqsədi ilə ictimaiyyətin iştirakı ilə  kompleks şəkildə profilaktik və maarifləndirmə  tədbirləri davam etdirilmişdir Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən rayonun ümumtəhsil məktəblərinin X-XI siniflərində fakultativ məşğələ saatları  hesabına həftədə 1 saat olmaqla şagirdlərə sağlam həyat tərzi, narkotikləri insan sağlamlığına zərəri ilə bağlı məlumatlar  verilmişdir. Məktəblərdə pedaqoji və valideyn şuraları, yerli bələdiyyələr, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə “Sağlam ailə dövlətin təməlidir”, “Sağlam həyat tərzini seçək”, “İdman sağlamlıq deməkdir”, “Sağlam bədəndə sağlam ruh olar”, “Narkomaniyaya YOX deyək”, “Gəncliyimizi ağ ölümdən qoruyaq” mövzularında söhbətlər aparılmışdır. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılmış işlər rayon təhsil şöbəsində  pedaqoji şurasının iclasında  məktəb direktorlarının iştirakı ilə geniş müzakirə olunmuşdur. Lerik şəhər 1 saylı Texniki Fənlər Təmayüllü Lisey, internat, 2 və 3 saylı tam orta, Mastail, Vistən, Vizəzəmin, Əvilə, Günəşli, Çayrud, Monidigah, Qələbin, Anbu və Xanagah kənd tam orta,  Zərikumaco və Noda kənd ümumorta məktəblərində rayon komissiyasının rəhbərliyi və aidiyyəti orqan əməkdaşlarının iştirakı ilə dəyirmi masalar keçirilmiş, iştirakçılara “Zərərli vərdişlərə yox deyək”  adlı buklet kitabçalar paylanmışdır.
Antinarkoloji təbliğat maarifləndirmə tədbirləri çərçivəsində  rayon icra hakimiyyətinin dəstəyi ilə 26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” münasibətilə aidiyyəti orqanların: təhsil şöbəsi, rayon mərkəzi xəstəxanası və rayon gənclər və idman idarəsinin, yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin şəhər 3 saylı orta məktəbdə məktəbli gənclərlə görüşü keçirilmiş,  görüşdə yerli özünüidarə orqanlarının, ictimaiyyət nümayəndələrinin və məktəbli gənclərin təklifləri dinlənilmişdir.
Rayonda idmanının kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, mövcud idman obyektlərindən səmərəli istifadənin təmin edilməsi məqsədilə rayon icra hakimiyyəti başçısının 17 aprel 2015-ciil tarixli 68 nömrəli sərəncamı ilə rayonda futbol, voleybol, sərbəst güləş,  şahmat, basketbol, taekvondo, ağır atletika və s. idman növləri üzrə idman birlikləri təsis edilmiş,  onların fəaliyyətinin təmin etmək məqsədilə tədbirlər həyata keçirilmişdir.  2017-ci ildə idman birliklərində aylıq yarışlar keçirilmiş, təşkil olunan yarışlara gənclər və yeniyetmələr cəlb olunmuşdur.  Əlavə olaraq gənclərin və yeniyetmələrin  asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş fəaliyyət davam etdirilmişdir.   Rayon icra hakimiyyətinin dəstəyi ilə rayonun  orta məktəbləri şagirdlərinin iştirakı ilə futbol, şahmat, volebol, güləş üzrə rayon çempionatları  keçirilmiş, qaliblərin ictimaiyyət nümayəndələrinin və məktəblilərin iştirakı ilə mükafatlandırılması mərasimi keçirilmişdir.  Rayon gənclər və idman idarəsi tərəfindən  rayon təhsil şöbəsi  ilə birgə müxtəlif   əbədi-bədii gecələrin  təşkil  edilməsi yeniyetmə və gənclərdə narkomanlığa meyl kimi zərərli vərdişə qarşı barışmazlıq   ruhunun formalaşmasında əvəzsiz rol oynamışdır.
Rayon komissiyası və aidiyyəti orqanların narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə-profilaktika tədbirləri davam etdirilir.

Keçidlər