Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şura

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri 

   Adı, soyadı Vəzifəsi
1 Əkbər Abbasov Lerik Rayon İcra Hakimiyyəti başçısı
2 Habil Məlikov Başçının müavini-Sosial-iqtisadi inkişafın  təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
3 Arzu Vəliməmmədova Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
4 Əlipənah Bayramov Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
5 Əflatun İbrahimov Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar
6 Araz Quliyev Hüquq şöbəsinin müdiri
7 Akif Rzayev Rayon prokuroru
8 Ayaz Cəfərov Rayon polis şöbəsinin rəisi
9 Elxan Qənbərov Rayon Ağsaqallar Şurasının sədri
10 Mahmud Zahidov Lerik Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru  
11 Zöhrab Salayev Rayon təhsil şöbəsinin sektor müdiri
12 Natiq İsaqov Rayon gənclər və idman idarəsinin rəisi
13 Ramal Məstiyev Lerik RİH başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi

 

Lerik  Rayon  İcra  Hakimiyyəti  başçısı  yanında  Şuranın  2023-cü il üçün perspektiv

İ Ş   P L A N I

S/s Müzakirə olunan  məsələnin adı İcraçı İcra  tarixi
1 Azərbaycan  Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı  mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin 2022-ci ildə rayonda icra vəziyyəti barədə Hüquq şöbəsi yanvar 2023-cü il
2 Lerik şəhərində dövlət vəsaiti hesabına 2022-ci il ərzində görülmüş abadlıq, təmir-tikinti və yenidənqurma işlərinin icra vəziyyəti barədə Memarlıq və tikinti şöbəsi yanvar 2023-cü il
3 “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tələblərinə uyğun olaraq, 2022-ci ildə rayon icra hakimiyyəti başçısı aparatına daxil olan vətəndaş müraciətlərinə baxılması, onların qəbulu işinin təşkil vəziyyəti barədə

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi

fevral 2023-cü il
4 2022-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabat yığıncağının keçirilməsi Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi fevral 2023-cü il
5 Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə uyğun olaraq, rayon icra hakimiyyəti başçısı aparatına 2022-ci ildə daxil olmuş Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, digər qərar, xidməti sənədlərlə işin təşkili vəziyyəti barədə

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi

mart 2023-cü il
6 Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli  648 nömrəli fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin tələblərinin, vətəndaş müraciətlərinə baxılması və sənədlərlə işin Cəngəmiran, Kələxan və Veri kənd ərazi icra nümayəndəliklərində  yerinə yetirilməsi  vəziyyəti barədə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi mart 2023-cü il
7 Lerik rayonunda ictimai-siyasi vəziyyət, rayon icra hakimiyyətinin siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı fəaliyyətinin təşkili haqqında İctimai-siyasi və humanitar məsələlər şöbəsi aprel 2023-cü il
8 2023-cü ilin birinci rübündə Lerik rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi aprel 2023-cü il
9 Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq Lerik rayonunda təhsil sahəsi üzrə həyata keçirilmiş tədbirlər, o cümlədən əhalinin təhsil müəssisələrinə olan tələbatının və təhsilin inkişaf səviyyəsinin müəyyən edilməsi, rayonda məktəbyaşlı şəxslərin təhsil almaq hüquqlarının təmin olunması istiqamətində görülən işlər haqqında

İctimai-siyasi və humanitar məsələlər şöbəsi

may 2023-cü il
10 Rayon ərazisində kənd təsərrüfatı sektorunun inkişafı, təsərrüfatların yem təminatının yaxşılaşdırılması üçün ot biçini işlərinin vəziyyəti, taxılın itkisiz tədarükü ilə bağlı tələb olunan maşın və texnikaların səfərbər edilməsi və biçilmiş sahələrdə yanğın hadisələrinin qarşısının alınması barədə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi may 2023-cü il
11 “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” nin tələblərinin yerinə yetirilməsi vəziyyəti, kargüzarlıq işlərinin aparılması və vətəndaş müraciətlərinə baxılması və bələdiyyələrlə birgə işin təşkilinin Molalan, Orand və Şingədulan  kənd ərazi icra nümayəndəliklərində Təlimatın tələblərinə uyğun icrası barədə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi iyun 2023-cü il
12 “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun və səhiyyə sahəsi üzrə digər normativ hüquqi aktların tələblərindən irəli gələn vəzifələrin Kirəvud və Nücü kənd inzibati ərazi dairələrində fəaliyyət göstərən tibb müəssisələrində icra vəziyyəti barədə

İctimai-siyasi və humanitar məsələlər şöbəsi

iyun 2023-cü il
13 Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.16-cı yarımbəndinin tələblərinə uyğun olaraq, 2023-cü ilin birinci yarımilində rayon icra hakimiyyəti başçısı aparatına daxil olmuş vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu işinin təşkili, yerlərdə görüş-qəbulların keçirilməsi və deyilmiş rəy, təklif və tənqidi qeydlərin icra vəziyyəti barədə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi iyul 2023-cü il
14 2023-cü ilin birinci yarısında  Lerik rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi iyul 2023-cü il
15 “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun, dini etiqad azadlığı ilə bağlı münasibətləri tənzimləyən digər normativ hüquqi aktların tələblərinin rayonda icrasının, dini qurumlarla aparılan işin vəziyyəti barədə İctimai-siyasi və humanitar məsələlər şöbəsi iyul 2023-cü il
16 Rayonun Vizəzəmin, Piran, Nüvədi və Noda ərazi icra nümayəndəliklərində tikinti, şəhərsalma və torpaqlardan istifadə sahəsində mövcud vəziyyətin araşdırılması, görülmüş tədbirlərin vəziyyəti barədə Memarlıq və tikinti şöbəsi avqust 2023-cü il
17 Azərbaycan Respublikası Prezidentinin  2022-ci il 04 aprel tarixli 13199 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş  “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın  rayonda 2022-ci ildə icra vəziyyəti barədə Hüquq şöbəsi avqust 2023-cü il
18 Rayonda əhaliyə göstərilən xidmət işinin (poçt, pensiya və sosial yardım, rabitə, məşğulluq, elektrik, su, qaz, yol, kommunal təsərrüfatı) vəziyyəti və onun daha da yaxşılaşdırılması üçün qarşıya qoyulan vəzifələrin icrası və payız-qış mövsümünə hazırlığı istiqamətində rayonda görülmüş işlər barədə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi sentyabr 2023-cü il
19 Yetkinlik yaşına çatmayanlarla bağlı dövlət siyasətinin həyata keçirilməsi sahəsində rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında İctimai-siyasi və humanitar məsələlər şöbəsi sentyabr 2023-cü il
20 2023-cü ilin 9 ayında  Lerik rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi oktyabr 2023-cü il
21 Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik şəhər və  Əliabad kənd  inzibati ərazi dairələri üzrə nümayəndələrinin (Ramal Məstiyev və Şahlar Fazilov) 2021-2022-ci illər  və 2023-cü ilin 9 ayında görülmüş işlərə dair  hesabatının dinlənilməsi Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi oktyabr 2023-cü il
22 Lerik Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi vəziyyəti barədə Hüquq şöbəsi oktyabr 2023-cü il
23 “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tələblərinə uyğun olaraq, Züvüc, Osyodərə və Kirəvud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə və Lerik Rayon Dövlət Arxivində vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu və sənədlərlə işin təşkili vəziyyəti barədə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi noyabr 2023-cü il
24 “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Sərəncamının yerinə yetirilməsi vəziyyəti barədə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi noyabr 2023-cü il
25 Çayrud kənd körpələr evi–uşaq bağçasında, Noda kənd körpələr evi–uşaq bağçasında və Hamarat kənd uşaq bağçasında məktəbəqədər təhsil haqqında qanunvericiliyin icrasının, məktəbəqədər yaşlı uşaqların tərbiyəsi və ümumi təhsilə hazırlanmasının vəziyyəti haqqında İctimai-siyasi və humanitar məsələlər şöbəsi noyabr 2023-cü il
26 Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın Lerik DAİM tərəfindən  icra vəziyyəti barədə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi dekabr 2023-cü il
27 2023-cü il ərzində Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının rayonda icrası barədə İctimai-siyasi və humanitar məsələlər şöbəsi dekabr 2023-cü il



 

Keçidlər