Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

 

Əkbər Bəxtiyar oğlu Abbasov

01.02.1988-ci ildə anadan olub.

2004–2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində “Ümumi iqtisadiyyat” ixtisası üzrə təhsil alaraq universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil müddətində Prezident təqaüdünə layiq görülmüşdür.

2008–2009-cu illərdə Avropa London Biznes Məktəbində “Maliyyə menecmenti” ixtisası üzrə magistratura təhsili almışdır.

2017–2020-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasında “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə doktorantura təhsilini davam etdirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

2010-2011-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət   keçmişdir.

07.02.2012-ci il tarixdən 06.03.2014-cü il tarixədək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsində Aparıcı məsləhətçi vəzifəsində çalışıb.

06.03.2014-cü il tarixdən 30.08.2019-cu il tarixinədək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda Layihələrlə iş sektorunun müdiri və İcraçı direktorun müavini vəzifələrində çalışıb.

04.09.2019-cu il tarixindən 25.07.2022-ci il tarixinədək Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzində direktor müavini, direktor vəzifəsini icra edən və direktor vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2022-ci il tarixli müvafiq Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Ailəlidir, 2 övladı var.

Keçidlər