Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Tahirli Şahin Afat oğlu

 

Doğum tarixi: 20.09.2001
      Şəhid olub: 07.11.2020
      Rütbə: Əsgər

Təltifləri
      «Vətən uğrunda» medalı
      «Döyüşdə fərqlənməyə görə» medalı
      «Füzulinin azad olunmasına görə» medalı
      «Şuşanın azad olunmasına görə» medalı

 

 

 

 

 

Şahin Afat oğlu Tahirli 17 sentyabr 2001-ci ildə Lerik rayonunun Züvüç kəndində anadan olub. 2007-ci ildə Züvüç kənd tam orta məktəbin 1-ci sinfinə daxil olur. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurduqdan sonra Mingəçevir Turizm Kollecinə qəbul olur və 1-ci kursu oxuyur. Şahin 2019-cu ilin oktyabr ayında hələ II kursda oxuyarkən Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir.

Vətən müharibəsi adlandırdığımız II Qarabağ müharibəsində Şahin qəhrəmanlıqla iştirak edir və yüksək şücaətlər göstərərək düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir. Füzuli, Qubadlı və Şuşa istiqamətlərində döyüşən Şahin Tahirli 7 noyabr 2020-ci il tarixində Şuşanın Daşaltı kəndi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. O, doğulduğu Lerik rayonunun Züvüç kəndinə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılır. Şəhidin atası ilə son telefon danışığı noyabr ayının 1-də olur və danışdığı zaman "ata, narahat olmayın, hər şey yaxşıdır, mən arxadayam" -deyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər