Şükürov Samir Təyyub oğlu
Doğum tarixi: 07.11.1974
Şəhid olub: 09.10. 2020
Rütbə: Baş leytenant
Təltifləri
«Vətən uğrunda» medalı
«İgidliyə görə» medalı
«Xocavəndin azad olunmasına görə» medalı
44 günlük Vətən müharibəsi qəhrəmanlarından biri Şükürov Samir Teyyub oğlu 7 noyabr 1974-cü ildə Lerik rayonu Kəlvəz kəndində anad olub. Ailədə 6 qardaş, 5 baci olublar. Ailənin sonbeşiyi Samir olub. 1981 ci ildə Kəlvəz kənd Fəxrəddin Şahbazov adına tam orta məktəbin 1-ci sinifinə daxil olub. Təhsilini bitirdikdən sonra 1991-ci ildə həqiqi hərbi xidmətə çağrılıb.
Hərbi xidmətdə olarkən Hərbi Ali Məktəbə daxil olub. Bir müddət oxuduqdan sonra 1993-cü ildə 1-ci Qarabağ müharibəsinə yollanıb və orada müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak edib, hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə görə zabit, daha sonra isə Baş leytenant rütbəsi verilib.1996-ci ilədək hərbi xidmətdə olub.1997-ci ildə ehtiyata buraxılıb.
2006-cı ildə iyunun 10-da Samir Şükürov ailə həyatı qurub. Şəhidimizin iki oğul və 1 qız övladı olub. Böyük oğlu 9 yaşında, qızı 6 yaşında, kiçik oğlu isə 4 yaşındadır. Qəhrəmanımız özü hələ 16 yaşında olarkən valideynlərini itirib.
27 sentyabr 2020-ci il İkinci Qarabağ müharibəmizdə könülü olaraq cəbhəyə yollanıb. Oktyabrın 25-i müharibəyə yollanan qəhrəmanımızın ailəsi noyabrın 10-u qələbə günü Samir Sükürovun şəhid olduğu xəbərini alıb. Qarabağ qazisi, vətənpərvər, mehriban, qayğıkeş, şəhidimiz Baş leytenat Şükürov Samir Teyyub oğlu 9 noyabr tarixində Şuşa şəhərinin alınmasında fəal iştirak edib və burada şəhid olub.
Qəhrəmanımız Bakı şəhəri Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şeirə, ədəbiyyata bağlı olan şəhidimizin ən böyük arzusu yazdığı şeirlərini toplayaraq kitab nəşr etdirmək olub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" medalına layiq görülüb.