Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Yaqublu Əliqismət Mükafat oğlu

 

 

Doğum tarixi: 18.04.1992
      Şəhid olub: 05.11.2020
      Rütbə: Baş leytenant

Təltifləri
      «Azərbaycan Bayrağı» ordeni
      «Vətən uğrunda» medalı
      «Cəbrayılın azad edilməsinə görə» medalı
      «Füzulinin azad edilməsinə görə» medalı
      «Şuşanın azad edilməsinə görə» medalı
      «Xocavəndin azad edilməsinə görə» medalı
      «Kəlbəcərin azad edilməsinə görə» medalı
      «Şücaətə görə» medalı

 

 

Onlarla düşmən hərbçisini süngü ilə məhv edib, xeyli yaralı yoldaşını döyüş meydanından çıxararaq həyatını xilas edib... Söhbət Lerikin Kələxan kəndindən olan şəhid baş leytenant Əliqismət Yaqubludan gedir.

Yaqublu Əliqismət Mükafat oğlu 1992-ci il aprelin 18-də Lerik rayonunun Kələxan kəndində anadan olub. Lerik şəhər 3 saylı orta məktəbində oxuyub. 2007-ci ildə C.Naxçıvanski adına Bakı Ali Hərb Lisey inə daxil olub. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. O, 2015-ci ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra Qobustanda yerləşən hərbi hissəyə təyinat alıb. Elə həmin ildə də ərizə yazaraq ön cəbhəyə xidmətə yollanıb.

2016-cı il "Aprel döyüşləri" ndə xüsusi qəhrəmanlıq göstərən Əliqismət Yaqublu "Aprel döyüşləri"ndən sonra Qobustana təyinat alıb. 2017-ci ildə yenidən öz istəyi ilə cəbhə bölgəsinə, Ağcabədiyə göndərilib. 2018-ci ildən baş leytenanta Xüsusi Təyinatlı Qüvvələrin Kimya Xidmət rəisi kimi mühüm vəzifə tapşırılıb.

Əliqismət Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin zabiti kimi ön cəbhəyə göndərilib. O, Murovdağ yüksəkliyi, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonunun və Laçının bir neçə kəndlərinin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərib. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək sıradan çıxarıb.

Baş Leytenant noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə, Daşaltı kəndində qəhrəmancasına şəhid olub.Şəhidin üçrəngli bayrağa bürünmüş nəşi, atasına etdiyi vəsiyyətə görə, Lerik rayonunun Kələxan kəndində babası Elşad Yaqubovun məzarının yanında dəfn olunub.

İndi şəhid zabitdən geriyə iki övladı-5 yaşlı Əliəsgər və 3 yaşlı Məhəmmədqalıb. Sonuncu zəngində ailəsindən də övladlarının vətənpərvər yetişdirilməsini istəyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əliqismət Yaqublu ölümündən sonra “Azərbaycan Bayrağı ordeni”, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”,“Şuşanın azad edilməsinə görə” , “Xocavəndin azad edilməsinə görə”, “Kəlbəcərin azad edilməsinə görə”,“Şücaətə görə” və "Vətən uğrunda"medalları ilə təltif olunub.

Keçidlər