Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Abdulov İdrət İbi oğlu

 

 

Doğum tarixi: 05.10.2001
      Şəhid olub: 29.10.2020
      Rütbə: əsgər

Təltifləri
      "Vətən uğrunda" medalı
      "Laçının azad olunmasına görə" medalı

 

 

 

 

 

 

İdrət İbi oğlu Abdulov 2001-ci il oktyabrın 5-də Lerik rayonunun Orand kəndində anadan olub. İdrət hələ körpə ikən atasını itirir. 2008-ci ildə Lerik rayon şəhid Əhəd Rzayev adına Orand kənd tam orta məktəbinin 1-ci sinfinə gedib və 2019-cu ildə məzun olub.

Təhsilini başa vurduqdan sonra həmin ilin oktyabr ayının 2-də Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib.

İdrət Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müharibənin ilk günlərindən döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Düşmənə sarsıdıcı zərbələr endirərək xeyli sayda canlı qüvvəsini məhv etməklə adını tarixə yazıb. Düşmənə sinə gərən igid İdrət 29 oktyabr 2020-ci il tarixində canından və qanından keçməklə Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi bir gün sonra doğulduğu kəndə gətirilib və böyük izdihamla kənd qəbristanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalına da layiq görülüb.

Keçidlər