Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Mövlanov Altay Tahir oğlu

 

 

Doğum tarixi: 05.08.2000
      Şəhid olub: 18.10.2020
      Rütbə: MAHHXHQ əsgər

Təltifləri
      «Vətən uğrunda» medalı
      «Füzulinin azad olunmasına görə» medalı
      «İgidliyə görə» medalı

 

 

Altay Tahir oğlu Mövlanov 2000-ci il avqustun 5-də Lerik şəhərində anadan olub. Qardaşı Elgün Mövlanov da Vətən müharibəsində şəhid olub.

Azərbaycan Ordusunun əsgəri olan Altay Mövlanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Altay Mövlanov Füzuli rayonu istiqamətində gedən hərbi əməliyyatlar zamanı oktyabrın 18-də şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Altay Mövlanov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Keçidlər