Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Səfərov Ceyhun Akif oğlu

 

 

Doğum tarixi: 12.06.1995
      Şəhid olub: 20.10.2020
      Rütbə: Əsgər

Təltifləri
      «Vətən uğrunda» medalı
      «Cəbrayılın azad olunmasına görə» medalı

 

 

 

 

 

 

Ceyhun Akif oğlu Səfərov 12 iyun 1995-ci ildə Lerik rayonunun Cənginəvud kəndində anadan olub. Bir bacı 3 qardaş olmaqla ailədə 6 nəfər olublar. Ceyhun evin ən kiçiyi idi. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2001-ci ildə Lerik rayonu Vizəzəmin kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2012-cu ildə həmin məktəbi bitirib.

Təhsilini başa vurduqdan sonra bir müddət təsərrüfatla məşğul olub. 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Ceyhun Goranboy rayonunda xidmət edib. 2015-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb.

Ceyhun 2020-ci ildə könüllü olaraq Lerik rayon Hərbi Komissarlığında qeydiyyatdan keçir və 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak edir. Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən Ceyhun 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Cənginəvud kənd qəbiristanlığında torpağa tapşırılır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Səfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər