Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Coğrafi mövqeyi

Lerik rayonunun ərazisi Talış silsilə dağlarının əhatəsindədir. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Lənkəran, şimal-qərbdə Masallı, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsilələri, bundan şimalda Peştəsər və Bürəvər dağ silsilələri uzanır.  İran İslam Respublikası ilə sərhəd zolağının uzunluğu 49,5 kilometrdir.
   Talış və Peştəşər silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m). Əsasən pallogenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Ərazidə 40,3 min hektar meşə örtüyü vardır.
     Rayonun Zuvand ərazisində "Zuvand dövlət yasaqlığı" (qoruq) vardır. Burada fəaliyyət göstərən Milli Elmlər Akademiyasının "Nəbatət elmi-tədqiqat mərkəzi" ərazinin fauna və florasını öyrənir.

Keçidlər